17 Fevral 11:52

Ətraf mühit problemlərinə həsr olunan konfrans keçiriləcək

Ətraf mühit problemlərinə həsr olunan konfrans keçiriləcək

AMEA-nın Torpaqşünaslıq və Aqrokimya İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının təşkilatçılığı ilə tələbə və magistrantlar üçün “Ətraf mühitin problemləri və onun qorunub saxlanması strategiyası: gələcəyə baxış” mövzusunda elmi-praktiki konfrans keçiriləcək.

Tədbir “Elm Günü”nə həsr olunacaq.

Konfransda iştirak etmək istəyənlər məruzələrinin tezislərini Azərbaycan, rus və ingilis dillərində mart ayının 31-dək  təşkilat komitəsinə göndərməlidir.

Ünvan: AZ1073 Bakı şəh., M.Rahim küçəsi 5

Tel. (+994 55) 882 89 82

E-mail: [email protected]

Bəyən və paylaş