“eTwinning Azərbaycan” şagirdlər üçün müsabiqə elan edir

“eTwinning Azərbaycan” şagirdlər üçün müsabiqə elan edir


“eTwinning Azərbaycan” layihəsi çərçivəsində şagirdlər üçün ənənəvi olaraq növbəti müsabiqə elan olunur. Müsabiqənin icra müddəti 28 fevral tarixinədək davam edəcək.

İstənilən yaş qrupuna aid olan şagirdlər “Mənim Böyük İdeyam” (“My Big Idea”) mövzusunda təqdimatlar hazırlayaraq müsabiqəyə fərdi və ya komanda şəklində müraciət edə bilər. Müsabiqəyə müraciət etmək üçün şagirdlər gündəlik rastlaşdığı bir problemi taparaq həmin mövzuda araşdırma aparacaq. Aşkar etdikləri problemi süni intellektdən və ya müasir texnologiya vasitələrindən istifadə edərək həlli yolunu təqdim edəcəklər. Şagirdlərin təklif etdikləri həll yeni bir innovasiya və ya ideya olmalıdır. Müsabiqə üçün təqdim edilən həll cəmiyyətə innovasiyanın gələcək üçün həyatı necə yaxşılaşdıracağını göstərməlidir.

Real dünya problemlərinin öhdəsindən gələ bilmək üçün şagirdlər rəqəmsal düşüncə, proqramlaşdırma, tənqidi düşüncə və problemləri həlletmə bacarıqlarını nümayiş etdirmiş olacaqlar.
Layihə təklifləri videoçarx, təqdimat, esse və s. formatlarından birində ola bilər.

Müraciət zamanı təqdim olunan material aşağıda qeyd olunan meyarlara cavab verməlidir:

 

  • Təqdimat video formatda maksimum 3 dəqiqə, təqdimat formatında 7-10 slayd, esse formatında 2 səhifə (A4, Arial 12 şriftində) olmalıdır;

  • İstifadə olunan dil sərbəstdir;

  • Materiallarda eTwinning loqosunun olması mütləqdir;

  • Müraciət fərdi və komanda şəklində ola bilər.(Komandaya cəlb olunacaq şagird sayı 5 nəfərdən artıq olmamalıdır);

  • Komanda üzvləri müxtəlif sinif və yaş qrupuna aid ola bilər, lakin komanda üzvlərinin eyni məktəbdən olması mütləqdir. Məktəb üzrə müraciət edən komanda sayında limit yoxdur.


Qeyd edək ki, müraciət etmək istəyənlərdən təqdimatlarını 28 fevral 2022-ci il tarixinədək[email protected]ünvanına e-poçt vasitəsilə göndərmələri xahiş olunur.
BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:


FACEBOOK: Edumap.az




İNSTAGRAM: @edumap.az


BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:

FACEBOOK: Edumap.az

Gənclərin Xəritəsi

TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.

İNSTAGRAM:@edumap.az

Tik-tok:edumap.az