27 Aprel 16:27

Evdə qal, ideyanı reallaşdır!

Evdə qal, ideyanı reallaşdır!

Əziz gənclər!
Xüsusi karantin dövründə sosial təcrid müddətini daha da əyləncəli və faydalı etmək məqsədilə Gənclər Fondu gənclərin sosial şəbəkələrdə layihələri və multimedia məhsullarının hazırlanması ilə bağlı ideyalarının maliyyələşdirilməsinə start verir.

Belə ki, “İdeyanı Reallaşdır – gənclərin fərdi layihələri üzrə qrant müsabiqəsi” çərçivəsində gənclər #evdəqal həştəqinə uyğun sosial şəbəkələrdə virtual çağırış aksiyaları, əyləncəli kontentlər, faydalı və maarifləndirici video çarxlar və digər təşəbbüslərini təqdim edə bilərlər.
Gənclərimizi aktiv formada təkliflərini təqdim etməklə həmyaşıdları üçün faydalı və maarifləndirici layihələr həyata keçirməyə dəvət edirik.
Layihə və təklifləri  www.youthfoundation.az internet səhifəsi üzərindən göndərilməlidir.
“İdeyanı Reallaşdır – gənclərin fərdi layihələri üzrə qrant müsabiqəsində” iştirakla bağlı şərtlərlə və prioritet mövzuların siyahısı ilə burada tanış ola bilərsiniz:
Link: https://youthfoundation.az/92979/

Müraciət etmək üçün linklər:
1 Onlayn səhifə üzərindən: www.youthfoundation.az

Biz Birlikdə Güclüyük!

Bəyən və paylaş