“Evdə təhsil” layihəsində müəllimlər üçün vakansiya

“Evdə təhsil” layihəsi Hədəf Şirkətlər qrupuna daxil olan EDUHEK MMC-nin (təhsildə hədəf konsepti) daxilində yaradılmışdır.
Təhsil sahəsində 12 illik təcrübəyə söykənərək Azərbaycanda ilk dəfə Evdə təshil və online (məsafədən) təhsil layihəsini həyata keçirməyə başlamışdır. Layihənin 2 istiqaməti var:
Ənənəvi şəkildə – bu zaman bizim müəllimlər müraciət olunan ünvana yönləndirilərək, razılaşdırılmış müddət və şərtlərlə üz-üzə dərs keçir.
Onlayn şəkildə – bu zaman biz müştərimizə istədiyi təhsili onlayn şəkildə təmin edirik.
Evdə təhsil və məsafədən təhsil layihəsi son illər, zamanla ayaqlaşmaq üçün bəzən yerimizi dəyişmədən, daha asan əldə etməyimiz və valideynlərin, iş adamlarının istəklərini nəzərə alaraq yaradılmışdır.
Təqdim etdiyimiz konseptə uyğun olaraq tədris prosesi aparan ixtisaslı müəllimləri bizimlə çalışmağa dəvət edirik.
Əsas tələbimiz sistemi mənimsəməyiniz, xidmətlərimizlə tanış olmağınızdır:
http://evdetehsil.az/
Göstərilən xidmətlərə uyğun fəliyyət göstərən ixtisaslı müəllimlərin Elektron CV formunu doldurması kifayətdir.
http://evdetehsil.az/muellim-qeydiyyati/

Bir cavab yazın

Back to top button