1 May 18:55

Əziz gənclər və gənclər təşkilatlarının nümayəndələri!

Əziz gənclər və gənclər təşkilatlarının nümayəndələri!📢

🗓 18 May 2019-cu ildə 📍ADA Universitetində keçiriləcək “Gənclər Təşkilatları Dayanıqlı İnkişaf Məqsədləri Naminə” konfransı, Bakı və regionlarımızda fəaliyyət göstərən gənclər təşkilatları idarə heyətini, katibliyini və könüllülərini bir araya gətirəcəkdir.
Layihə, Azərbaycan Respublikasının Gənclər Fondunun ( Azərbaycan Gənclər Fondu / Azerbaijan Youth Foundation) maliyyə dəstəyi və BMT tərəfindən elan olunan 17 Dayanıqlı İnkişaf Məqsədlərini (DİM) əsas tutaraq Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası (NAYORA) tərəfindən həyata keçirilir.

Konfransda iştirak etmək istəyən gənclər aşağıda qeyd olunan anket formasını doldurmaqla, 11 May 2019-cu il saat 18:00-a qədər qeydiyyatdan keçə bilərlər. Seçilmiş iştirakçılara nəticələrlə bağlı məlumat 12 May 2019-cu il tarixinədək məlumat veriləcək.

🤝 Tərəfdaşlar: Azərbaycan Respublikasının Gənclər Fondu (Azərbaycan Gənclər Fondu / Azerbaijan Youth Foundation), Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi (Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi Gənclərlə iş şöbəsi), Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, ADA Universiteti (ADA University), BMT-nin İnkişaf Proqramı (UNDP Azerbaijan).

🔗 Ətraflı məlumat üçün: http://bit.ly/2ISClAA

🔗 Qeydiyyat üçün keçid: http://bit.ly/2XWJVgY

Bəyən və paylaş

Rəylər

rəy(lər)