F yoxsa A ? sindromu

Bəli, bəli. Sindrom 🙂 artıq yanvar ayı gəlib və imtahanlar həftəsi başlayıb. Elə gün olur ki, 1 saat belə oxumağa həvəsimiz olmur. Təbii haldır 🙂keçirilən dərsləri 1 günə yaxud 2 günə çatdırmaq qəliz məsələdir, razılaşıram. Lakin həll edilə bilinməyən məsələ deyildir. Sadəcə güclü inam və özünüzün əlavə motivasiyaya ehtiyacınız vardır. Bu yazı sizin motiv istinadınız olacaqdır və sizə təsir edəcək.
Sindromun əlamətləri:

-imtahanı necə verəcəm? sualını özünüzə verirsinizsə;
-imtahan adı gələndə “Sən Allah danışma bu barədə” deyirsinizsə;
-necəsən ? sualına “qanım imtahanlara görə qaradı ee” cavabını verirsinizsə;
deməli siz F yoxsa A ? sindromuna tutulmunusuz 🙂

Niyə imtahan verməliyik ? – 5 + 1 səbəb

  1. Bu, öz vaxtınızı düzgün bölüşdürməyinizə kömək edəcək. İmtahan – bu sizin özünüzə məhdudiyyətlər çərçivəsində məhsuldar işləməniz üçün bir vasitədir.
  2. İmtahan – uğura çatmaq üçün arxada buraxacağınız mərhələdir. Hədəflərinizə pramida şəklində nəzər salın. Hər bir imtahan hədəfə çatmaqda sizə pilləkən rolu oynayacaqdır.
  3. Mənfi və müsbət xüsusiyyətlərinizin bəlli edilməsi istiqamətində atılmış ideal addımdır. Gərgin bir mühitdə işləyərkən özünüzün hər bir cəhətinizi (digər şəxslərlə münasibət yaxud özünüzə uyğun olaraq ) görə biləcəksiniz.
  4. İmtahan verməklə siz həmin sahə üzrə biliklərinizin hansı səviyyədə olub – olmadığını aydınlaşdıra bilərsiniz.
  5. Stipendiya – bu bizim stimulverici qüvvəmiz olaraq qalmaqdadır 🙂
  6. Həyat imtahanlarla dolurdu deyib keçirəm əsas mətləbə 🙂

İmtahanlardan necə xilas olmalı ?

İnsanlar daima seçimlə üzləşirlər və həyatımız seçim edərək bizim bilmədiyimiz zamanda bitir. Siz imtahan verib hədəflərinizə daha yaxın olmağa çalışa da bilərsiniz, imtahan verməmək arzusunda olub prinsipial futbol oynaya bilərsiniz 🙂 İstər semestr boyunca, istərsə də ondan sonra ( müəyyən müddət ) dərslərinizlə müntəzəm məşğul olmaq gərəkdir. Çünki, vaxtında oxuyacağınız dərs sizə imtahan zamanı cavabını tapa bilməyəcəyiniz sualların açarı ola bilər. Oxuyacağınız fənn gələcəkdə xəyal edə bilməyəcəyiniz situasiyada sizə əhəmiyyətli bir kömək olacaqdır. Bu, mütləqdir. Necə ? təbii ki bu sual hər kəsi maraqlandırır. Steve Jobs-un bioqrafiyasına nəzər sala bilərik. O, kalliqrafiya ( xəttatlıq ) ilə məşğul olmağa başlayanda ağlına gəlməzdi ki, sonradan Apple-Machintosh-un dizaynında bu keyfiyyətindən istifadə edəcəkdir. Heç ümidi belə yox idi 🙂 Bunu özünüzə əsas gətirərək planlaşdırdığınız dərsləri yaxud başqa mövzuları oxumağa başlaya bilərsiniz. Özümüzü reallıqla baş – başa buraxmaq istəsək, imtahan heç vaxt bitmir, heç bitən də deyil.

İmtahana necə hazırlaşmalı ?
İmtahana hazırlaşmaq hər zaman mümkün deyildir. Çünki ani imtahan ola bilər ki, siz o imtahanı anındaca verməlisiniz. Həyat hadisələrilə əlaqəli belə imtahanlar sizin daha çox şəxsi keyfiyyətlərinizə əsaslanaraq vəziyyətdən çıxış yolunu tapa bilmək bacarığınıza istinad edir. Aşağıda isə sizə universitetlərdə imtahana hazırlaşmaq istiqamətlərini sizə göstərmək istəyirəm

  1. İmtahan – Çox sadə bir prosesdir. Siz materialları yığırsınız – hansı ki, bütün smestr boyunca siz onlardan faydalanmısınız. İlk növbədə siz müəllimin sizə təqdim etdiyi ədəbiyyatları hazırlamalısız. Bu sizin minimum öyrənə biləcəyiniz materiallar olacaqdır. Nəzərə alsaq ki, müasir dövrdür və kitablar da elektron şəkildədir, bu sizə daha bir fayda verəcəkdir ki, suallarınızı qruplaşdıra biləsiniz. Daha sonra internetdə araşdırma apara bilərsiniz. Bu sizdə daha geniş informasiya əldə etməklə nəticələnəcəkdir. əgər xarici dil biliyiniz varsa xüsusilə sizin imtahana hazırlaşmaq mühitində rəqibiniz olmayacaqdır.
  2. Hazırladığınız mətni parçalara bölün və qeydlər edin. Bu bütövlükdə sizə daha çox informasiya vermək iqtidarındadır. Hər abzasdan özünüz üçün qeydlər apara yaxud açar rolu oynayan bir söz yaza bilərsiniz.
  3. Vaxtınızı düzgün bölün. Bir sual üzərində çox qalıb vaxtınızı tamamilə həmin suala korlamayın. Sizi daha asan suallar gözləyir. Həmçinin suallara kinli bir abu – hava ilə yaxınlaşmağınız məsləhət deyil 🙂 əks halda müəlliminizin günahı olmadan o, tənqid atəşinə tutulacaq tərəf olacaq 🙂
  4. Tez – tez müəllimlərimizdən “tələbə yoldaşınıza qulaq asın, bu mənə yox ee sizə lazımdır” cümləsini eşidirik. Həqiqətən də, sizin müəllimdən sonra dərs mühitində fənlərdən öyrənə biləcəyiniz ikinci insan sizin tələbə yoldaşınızdır. Dəfələrlə yoxlaya bilərsiniz. Başa düşmədiyiniz paraqrafları boş vaxt təyin edərək siz tələbə yoldaşlarınızdan sizə və eləcə də digər yoldaşlarınıza izah etməyini xahiş edə bilərsiniz. Bu sizdə və eləcə də tələbə yoldaşınızda pedaqoji xüsusiyyətlərin ilkin qığılcımlarını əks etdirəcək.
  5. İmtahan günü tələbə yoldaşlarınızla imtahandan 1 saat əvvəl “brainstorm” edin 🙂 bu hər bir tələbə yoldaşınızın bildiyi informasiya ilə imtahanda düşəcək çətin sualı belə maksimum dərəcədə əla yazmağınıza səbəb olacaqdır. Hətta elə vaxt olacaqdır ki, siz bilmədiyiniz sualı bu ərəfədə öyrənə biləcəksiniz 🙂 qısa izahlar geniş imkanlar yaradacaqdır.

İmtahanda necə yazmağa başlamalı

  1. Bilet çəkdikdən sonra suallara baxıb əhvalımızı korlamağa dəyməz. Heç bir şey sizin əsəblərinizdən önəmli deyildir. Suallarla ilkin tanışlıqdan sonra ümumi nə yaza bilərsiniz deyə özünüzdə müəyyənləşdirin
  2. Sadə sualdan başlayın. Verilən cavab vərəqlərinə müvafiq olaraq təxminən eyni hissələrə ayırıb suallara cavab yazmağa başlayın. Yuxarıda dediyimiz kimi, eyni sual üçün vaxtınızın çoxunu aparmayın. Bu sonda zərərlə nəticələnə bilər.
  3. Vaxtınızı bölün. Adətən, 3 saat vaxt verilir. Ilk iki saatda 3 sualı dolğun cavablandırın. Daha sonra isə digər iki sualı cavablandırmaq üçün yarım saat vaxt ayırmaqla bir saatınız sərf edin.
  4. Hər sualın sonunda 5 dəqiqəlik fasilə edin. Bu beyinin dincəlməsi üçün əhəmiyyətlidir.
  5. Fikirləşərkən bir nöqtəyə gözünüzü zilləyib baxmağınız fikirlərinizin yayınmamasına səbəb olacaqdır. amma həmin nöqtənin nəzarətçinin gözləri olmamağına diqqət yetirin 🙂
  6. Təmkinli olun. Və özünüzə güvənin.

Bu yazını oxuyarkən sizin F yoxsa A ? sindromunuz tamamilə məhv olacaq. Hər dəfəsində “resept”imdəki məsləhətlərə əməl etsəniz, sizi F yox əlbəttə ki, A gözləyir. Hər bir tələbəyə uğurlar

Ülvi Mərdəliyev

Bir cavab yazın

Back to top button