23 Noyabr 18:26

Facebookda reklamı necə etməli

Salam dostlar,

Facebook reklamlarının eTicarət və hətta ofline satış edən şirkətlərin satışına ciddi təsir etdiyi danılmaz faktdır. Facebookda yerləşdirdiyiniz reklamlarla həm yeni hədəf kütlənizə həm də mövcüd izləyicilərinizə məhsul satmaqla bərabər Brend və məhsulunuz haqda informasiya da verə bilərsiniz.

Ötən yazımızda Sosial Media idarəçiləri üçün vacib şərtlərdən danışmışdıq. Bu yazıda isə Facebook reklamlarını daha effektiv etmənin yollarından danışacam. Hazırsınızsa başlayaq ?

1) Çoxlu məhsul reklamları. Facebookun bu reklam modeli sizə bir reklamda bir neçə məhsulu göstərmək imkanı verir. Bu halda siz bir reklamla hədəf kütlənizə daha çox məhsulunuzu tanıda bilirsiniz. Ancaq burada diqqət eməniz gərəkən bir nüans var, hədəf kütlənizə düzgün məhsulları (xidmətləri) seçməlisiniz. Bu reklam vasitəsilə bir məhsulun fərqli istifadə vasitələrini göstərmək üçün də istifadə edə bilərsiniz.

2) Facebook Pixel. Əsasən eTicarətlə məşğul olanlar üçün vacib şərtlərdən biri. Facebookun təqdim etdiyi bu özəlliyi vasitəsilə müştərilərinizi saytdakı hərəkətliliyini ölçə bilirsiniz. Əlavə olaraq Facebook bu koddan istifadə edərək kampaniyalarınızı təkrar hazırlayır, və reklam kampaniyanızdakı hədəf kütlənizə oxşar yeni hədəf kütlələr tapır sizin üçün. Bu kodu Ödəmə səhifənizdə yerləşdirdikdə istifadəçilərinizi reklamlara daxil olduqdan sonra satış və s. kimi hərəkətliliyini ölçə bilirsiniz.

Ətraflı: Samir Mehdi

Bəyən və paylaş

Rəylər

rəy(lər)