“Facilitator school” (Fasilitator məktəbi) layihəsi gəncləri beynəlxalq təcrübə qazanmağa dəvət edir

“Facilitator school” (Fasilitator məktəbi) layihəsi gəncləri beynəlxalq təcrübə qazanmağa dəvət edir
Beynəlxalq "Visegrad" fondununun (International Visegrad Fund ) dəstəyi ilə həyata keçirilən “Facilitator school” (Fasilitator məktəbi) layihəsinin əsas məqsədi regionda qeyri-formal təhsil sahəsində gənc fasilitatorları yetişdirmək və bu istiqamətdə onların potensialını artırmaqdan ibarətdir. Digər tərəfdən layihə qeyri-formal təhsil istiqamətində beynəlxalq şəbəkə yaratmaq və fasilitatorlar birliyi təsis etməklə təcrübə mübadiləsi aparmaqdan ibarətdir.
Layihə çərçivəsində 5 gün Azərbaycanda, 3 gün Slovakiyada təlimlər keçiriləcəkdir. Bundan əlavə iştirakçılar öyrəndikləri bilik və bacarıqlarına əsasən öz regionlarında kiçik təlimlər təşkil edəcəklər.
Əsas mərhələlər:
25 avqust - 01 sentyabr tarixlərində Azərbaycanda Fasilitator məktəbi təlimləri
Sentyabr ayı ərzində iştirakçılar tərəfindən 1 gün ərzində 1,5 -2 saat olmaqla kiçik təlimlərin (workshop) təşkili.
1-3 oktyabr tarixində Slovakiyada refleksiya forumunun keçirilməsi
İştirakçıların seçim meyarları aşağıdakı kimidir:
• 18-29 yaş aralığında olmalı
• Gənclərlə iş və təhsil sahəsində (xüsusilə qeyri formal təhsil) işində təcrübəsi olan;
• Faktiki olaraq Biləsuvar, Cəlilabad, Masallı, Lənkəran, Astara, Yardımlı, Lerik rayonlarında yaşayan
• QHT təcrübəsi - yaşadıqları regionun QHT-lərininin aktiv üzvü olan;
• Layihənin fəaliyyətlərinə maraqlı olan;
• Müstəqil şəkildə müxtəlif kiçik təlimlər (workshop) təşkil etməyə hazır olan;
• Fasilitator məktəbi layihəsinin bütün mərhələrində fiziki olaraq iştirak etmək imkanı olan
• Xarici ölkədə keçiriləcək 3 günlük təlimdə iştirak imkanı olan (01-03 oktyabr 2021);
• İngilis dilini bilmək əsas üstünlüklərdən biri hesab olunur;
Müraciət linki:
Son tarix: 10 avqust 2021-ci il

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:

FACEBOOK: Edumap.az

Gənclərin Xəritəsi

TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.

İNSTAGRAM:@edumap.az

Tik-tok:edumap.az