FACS (ÜZ ƏZƏLƏLƏRİNİN KODLAŞDIRILMASI SİSTEMİ) təlimi

Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının “Psixologiya” işçi qrupu sizləri 21 may, saat 11:00-da FACS proqramını öyrənməyə dəvət edir.

FACS (ÜZ ƏZƏLƏLƏRİNİN KODLAŞDIRILMASI SİSTEMİ) beynəlxalq səviyyədə qəbul olunmuş mürəkkəb araşdırma alətidir ki, bu da insanın bütün üz ifadələrini dəqiq ölçməyə imkan verir.
“FACS” PROQRAMINDAN İSTİFADƏ ETMƏKLƏ İNSANLARIN SÖZSÜZ OLARAQ DÜŞÜNCƏLƏRİNİ OXUMAQ MÜMKÜNDÜR.

Seminarda:
• FACS proqramını öyrənməklə üz əzələlərinin hərəkəti və emosiyalarda (Təəccüb, qorxu, sevinc, kədər, hirs, nifrət, ikrah) onların təsvir edilməsi haqqında geniş məlumat əldə edəcəksiniz;
• İnsanların üzündə mövcüd olan 43 əsas əzələ 10 000-ə yaxın mikroifadələr yaradır ki, həmin ifadələri oxuya bilməyiniz üçün bu proqram əsl şansdır;
• İnsan üzündə mikroifadələr saniyənin ¼-i sürətində hərəkət edir və siz bu mikroifadələri analiz etmə qabiliyyəti əldə edəcəksiniz;

Seminarın proqramı:

-Təəccüb emosiyası
-Qorxu emosiyası
-İkrah emosiyası
-Nifrət emosiyası
-Hirs emosiyası
-Kədər emosiyası
-Sevinc emosiyası

Təlimçi:
TƏBRİZ HACIYEV

CIBS (Caspian International Business Services) təlim mərkəzinin təsisçisi,“Yalanın Beynəlxalq Araşdırılması Akademiyası”nın Mütəxəssis profayleri, Biznes təlimçi, Yalan üzrə ekspert, Azərbaycanda ilk dəfə olaraq Operativ Psixodiaqnostika və FACS (facial action coding system) üz əzələlərinin kodlaşdırılması sistemi layihələrinin rəhbəri. İndiyə qədər yüzlərlə mütəxəssis hazırlamışdır. Gilan Holding, ASB(Azərbaycan Sənaye Bankı), CSS( Caspian Support Solutions), Bakı Sığorta, Bank Respublika, AZBENTONİT, MBASK sığorta kimi onlarla böyük şirkətlərə və ya onların nümayəndələrinə habelə FHN (Fövqaladə Hallar Nazirliyi) ,DİN (Daxili İşlər Nazirliyi), eləcə də digər müxtəlif güc strukturlarında və ya onların ayrı-ayrı nümayəndələrinə yüzlərlə təlim və seminarlar vermişdir. Həmçinin Rusiya, Ukrayna ,Gürcüstan, Belarusiya, Latviya ,Türkiyə, Kipr,Özbəkistandan onlarla şəxslərə online təhsil vermişdir.
8 illik təcrübəyə sahibdir.

Təlim Ödənişsizdir!

Təlimin müddəti: 2saat
Bu şansı əldən verməmək üçün qeydiyyatdan keçin.
Təlimdə iştirak etmək üçün qeydiyyat linki:
https://goo.gl/MSnLwj

Ünvan: ATGTİ-nin ofisi(28 may küç 9/13)

Bir cavab yazın

Back to top button