27 Noyabr 23:12

Fashion Talk No 11 – “Öz stilini yarat”

Modamaniya online dəb jurnalı 2014-cü ildən fəaliyyətə başlamışdır. Azərbaycan dilində və yalnız dəb aləmini əhatə edən ilk online platforma olaraq, jurnalın əsas məqsədi məhz ana dilimizdə bu sahəyə aid məlumatlar dərc etmək, insanları məlumatlandırmaqdır.
Modamaniya eyni zamanda Azərbaycan moda industriyasının inkişafı üçün bir sıra tədbirlər və lahiyələr təşkil edərək, bu sahənin daha da öndə olmasını dəstəkləyən jurnaldır!
M.Fashion School Modamaniya.com online dəb jurnalı nəzdində yaradılan 2015-ci ildən fəaliyyət göstərən ilk böyük dəb məktəbidir. Məktəbdə moda dizayn industriyasını əhatə edən mövzular üzrə müxtəlif dərslər keçirilir. Tədris edilən dərslər peşəkar müəllim heyəti tərəfindən ,italiyan sistemi ilə qurulan dərs proqramları əsasında aparılır. Məqsədimiz Azərbaycanda dəb sahəsini inkişaf etdirmək və moda dizayn üzrə istedadlı məzunlar yetişdirməkdir.

Qonağımız bloger Nigar Seyidovadır. Öz sənəti memar olan Nigar Seyidova blogerlik ilə də məşğul olur. Nigar xanım 2016-cı ildə Gənclər və İdman Nazirliyi tərəfindən ilin gənc memarı mükafatına layiq görülmüşdür.
Tədbirdə Nigar xanım “Öz stilini yarat” mövzusunda dəb söhbəti edəcək.

Tədbirdə iştirak ödənişsizdir. Yalnız qeydiyyatdan keçmək tələb olunur.
Yerlərimiz məhduddur.
Qeydiyyat üçün link: https://goo.gl/Fg21AL

Bəyən və paylaş

Rəylər

rəy(lər)