Fast Track Akselerasiya Proqramına qeydiyyat başladı!

Fast Track Akselerasiya Proqramına qeydiyyat başladı!

Şəxsi biznesi qurmaq üçün düzgün yanaşma və lazımi təcrübə əldə etmək istəyən startaplar öz layihələrini sürətli inkişaf etdirilməsi məqsədi ilə Yüksək Texnologiyalar Parkının “Fast Track – Akselerasiya Proqramı”na qoşula bilərlər.

Layihələrin qəbulu: 30 iyul – 31 avqust 

 Qeydiyyat üçün: www.hightech.az

📞 +994 12 310 1400
📧 [email protected]

Fast Track Akselerasiya Proqramına qoşulmaq istəyən startapların nəzərinə‼️

Texnologiya əsaslı biznes ilə məşğul olan komandanın olması.
Layihə artıq ideya mərhələsini keçmiş, işlək vəziyyətdə olan xidmət və ya prototip hazırlığı ilə məşğul olmalıdır.
Bu mərhələdə biznes plana ehtiyac yoxdur.

 Müraciət edən komandanın ən az bir üzvü texniki təhsilə sahib olmalıdır.

 Qəbul prosesini startaplara asanlaşdırmaq üçün ilk növbədə layihə rəhbərlərindən öz layihələrini və komandalarını təsvir edəcək kiçik təqdimat tələb olunacaq.
Qəbul dövrü bitdikdən sonra akseleratorun idarəedici heyəti tərəfindən seçilmiş startaplar haqda məlumat bizim proqramda iştirak edən mentor və investorlara rəy və şərhlər üçün yollanacaq.
Tərəflərin təsdiqlədiyi startaplar müsahibə üçün dəvət ediləcək və ya onlardan video pitch formatında təqdimat tələb olunacaq.
Topluya 5 startap layihəsinin seçim prosesi bitəndən sonra 4 aylıq proqrama start veriləcəkdir.

Show More

Bir cavab yazın

Back to top button
Close