23 Avqust 14:31

`FemaLeaders“ layihəsi üçün iştirakçı qəbulu başlanıb

Amerikanın Azərbaycandakı Səfirliyinin maliyyə dəstəyi və ‘’ Horizon Education Agency’’ nin təşkilatçılığı ilə “FemaLeaders“ adlı layihə üçün iştirakçı qəbulu başlanmışdır. Layihə gənc qadın təşəbbüskarların axtarışındadır.Belə ki, sizin ideyanız varsa və onu reallaşdırmaq, gənc sahibkar olmaq istəyirsinizsə bu layihə məhz elə sizlər üçün bir şansdır.

İdeyanız var amma Biznes Planınız yoxdur? narahat olmağa dəyməz, siz hələ də müsabiqəyə müraciət edə bilərsiniz. Layihə müddətində biz sizə dayanıqlı və əsaslı biznes plan yaratmaqda kömək edəcəyik. Bütün bu prosesləri sizlərə peşəkar təlimçilər tərəfindən öyrədiləcək. “FemaLeaders“ iştirakçıları real nümunələr ilə tanış olacaq və davamlı mentor dəstəyi ilə təmin ediləcəkdir. Eyni zamanda layihələrinizin üzərində işləmək üçün məkan və texniki dəstəklə təmin ediləcəksiz.Bir sözlə, öz biznesinə başlamaq istəyən bütün təşəbbüskar ruhlu qadınlar bu layihəyə elə indi müraciət ərzələrini göndərə bilərsiniz.

Layihə zamanı ilk modul “Fundamental biznes bilikləri”olacaq. Modulun təlimçisi isə “Sahibkarlara İnkişafına Dəstək Fondu”nun mütəxəssisi İsa Qasımovdur. İkinci modul “Nitq mədəbiyyəti və təqdimat bacarıqları” mərhələsidir ki, bu mövzuda iştirakçılarla biliklərini paylaşacaq şəxs “Kvan, Alamo13, Ubuntu və Onqaku” kitablarının müəllifi Coşqun Kərimovdur. Növbəti mərhələdə isə “Social İnnovation Lab”ın təsisçisi Cəsur Həsənov iştirakçılara ideyalarını biznesə çevirməyin yollarını izah edəcək. Xeyr, hələ bu son deyil, növbəti mərhələdə iştirakçılar peşəkar psixoloqdan yardım alaraq bu çətin prosesdə öz psixoloji barierlərini qırmağın yollarını da öyrənəcəklər.

“FemaLeaders“ 30 ideyanı qəbul edir. Layihəyə komanda şəklində müraciət etmək istəyən şəxslərdən hər birinin fərdi qeydiyyatdan keçməsi tələb olunur.İştirakçılar üçün minimum yaş həddi 16-dır. “FemaLEadership“ 5 ay müddətində davam edəcək. Layihə rəhbəri və icraçısı Mehin Cəbrayılovadır. Mehin Cəbrayılova “Social İnnovation Lab”ın icraçı direktoru vəzifəsini icra edir. Müraciət etmək üçün son tarix 25 avqust, saat 18:00 dur. Layihənin icrası 20 sentyabrdan başlayacaq. Yanlız müraciəti uğurlu olmuş şəxslərlə əlaqə saxlanılacaq.

Qeydiyyat linki: http://bit.ly/FemaLeaders

Bəyən və paylaş

Rəylər

rəy(lər)