Bazar ertəsi, 1 Sentyabr, 2025

Fərq yaradan gənc müəllim müsabiqəsi!


  • Dərc edildi: 20 Sentyabr, 2021 - 10:35
Fərq yaradan gənc müəllim müsabiqəsi!

Fərq yaradan gənc müəllim müsabiqəsi! Azərbaycan Gənc Müəllimlər Assosiasiyası vəT-Networktəhsil işçilərinin təcrübə və kommunikasiya platforması tərəfindən və Kapital Bankın sponsorluğu ilə müəllimlər üçün “Fərq yaradan gənc müəllim” müsabiqəsi elan edilir. Ümumtəhsil məktəblərində işləyən, yaşı 35-ə qədər olan müəllimlər üçün təşkil olunmuş müsabiqənin əsas məqsədi kreativ düşüncəli, müasir və pedaqoji-psixoloji hazırlıqlı gənc müəllimlərin aşkara çıxarılmasından ibarətdir. Müsabiqə üç mərhələdən ibarətdir. Birinci mərhələ: (20-27 sentyabr) •Esse -Müvafiq linkə keçid edərək qeydiyyatdan keçin: https://forms.gle/6rPRbmFN6ecxbxPFA -“Mən fərq yaradan müəlliməm. Çünki...” - tamamlayın. Mətn 150 sözdən çox olmamalıdır. Fikir və arqumentlər əsaslandırılmalıdır. İkinci mərhələ: (05-12 oktyabr) •45 dəqiqəlik dərs planının hazırlanması Üçüncü mərhələ (18-27 oktyabr) •Açıq dərs -Münsiflər heyətinin seçdiyi namizədlərin əyani formatda nümunəvi dərs təqdimatı keçiriləcək. -Bu mərhələdə fərdi görüşlər və dərs nümunələri xüsusi komissiya tərəfindən qiymətləndiriləcək. Qaliblərin elan olunması və mükafatlandırma: (29 oktyabr) Qaliblər Münsiflər heyəti tərəfindən 27 oktyabr 2021-ci il tarixində elan ediləcək. Qaliblərə Fəxri fərman və hədiyyələr təqdim ediləcək. Müvafiq linkə keçid edərək qeydiyyatdan keçə bilərsiz :https://forms.gle/6rPRbmFN6ecxbxPFA

Təhsil Xəbərləri

“Bir Müəllimin Manifesti” proqramına qeydiyyat başladı!
24 Avqust, 2025 - 03:21 980
“Bir Müəllimin Manif...
Məktəblilərimiz Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasında (IOAA 2025) uğur qazanıblar!
21 Avqust, 2025 - 18:11 207
Məktəblilərimiz Beyn...
Sumqayıt Dövlət Universiteti 131 fənn üzrə pedaqoji kadrların işə qəbulunu elan edir
01 Avqust, 2025 - 15:30 7883
Sumqayıt Dövlət Univ...