"Fərq Yaradan Gənc Müəllim" müsabiqəsi yekunlaşdı

"Fərq Yaradan Gənc Müəllim" müsabiqəsi yekunlaşdı
27 noyabr 2021-ci il tarixində Azərbaycan Gənc Müəllimlər Assosiasiyası və T-Network təhsil işçilərinin təcrübə və kommunikasiya platforması tərəfindən Kapital Bankın sponsorluğu ilə keçirilən “Fərq yaradan gənc müəllim” müsabiqəsinin final mərhələsi və təltifolunma mərasimi keçirildi.
400-dən çox gənc müəllimin iştirakçı olduğu müsabiqənin final mərhələsinə seçim meyarlarına cavab verən, 3 çətin mərhələni müvəffəqiyyətlə keçən 10 nəfər gənc müəllim adını qaliblər sırasına yazdı. Qalib olub fərq yaradan gənc müəllimlərimizin adlarını fəxrlə və qürurla təqdim edirik:
1. Aynur Axundova - Qobustan rayon Cəyirli kənd R. Hüseynov adına ümumi orta məktəbin müəllimi
2. Babək Rzazadə - Astara şəhər 1 saylı tam orta məktəbin müəllimi
3. Elxan Məhəmmədov - Bakı şəhəri Rüstəm Əliyev adına 3 nömrəli tam orta məktəbin müəllimi
4. Gülgün Rzayeva - İmişli rayon Hacalmuradlı kənd Qoşqar Tarverdiyev adına tam orta məktəbin müəllimi
5. Leyla Qarazadə - Lənkəran rayon Jidi kənd ümumi orta məktəbin müəllimi
6. Sevinc Əsədova - Sumqayıt şəhər 25 nömrəli tam orta məktəbin müəllimi
7. Sevlanə Məmmədova - Ağsu şəhər Çiyni kənd tam orta məktəbin müəllimi
8. Şəbnəm Məmmədli - Oğuz rayonu Yaqublu kənd tam orta məktəbin müəllimi
9. Ülviyyə Bəhramova - Bakı şəhəri Fuad Fərhadoğlu adına 230 saylı tam orta məktəbin müəllimi
10. Vüqar Namazov - Saatlı rayon M. Əliyev adına Əlisoltanlı tam orta məktəbin müəllimi
Tədbirdə çıxış edən Azərbaycan Respublikası Təhsil Nazirliyi İnformasiya və vətəndaşlara xidmət şöbəsinin müdir müavini Səbuhi Rzayev, Azərbaycan Respublikası Təhsil İnstitutunun direktor müavini Aytən Zamanova, Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının sədri Rüfət Əsədzadə, "T-Network"un tədqiqat və inkişaf üzrə baş mütəxəssisi Qoşqar Məhərrəmov,
Masallı Bioloji Təbabət klinikasının Strateji inkişaf departamentinin direktoru Ziya Məmmədzadə qalib olan müəllimləri təbrik edərək diplom və hədiyyələrlə təltif etdilər.
Sevgi ilə çalışıb fərq yaradan bütün müəllimlərimizi təbrik edir, gələcək fəaliyyətlərində daha böyük uğurlar arzulayırıq!
Media tərəfdaşımız Edumap.az təhsil portalıdır.

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:

FACEBOOK: Edumap.az

Gənclərin Xəritəsi

TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.

İNSTAGRAM:@edumap.az

Tik-tok:edumap.az