Fərq yaradan gənc müəllim müsabiqəsi!

Fərq yaradan gənc müəllim müsabiqəsi!

Azərbaycan Gənc Müəllimlər Assosiasiyası və T-Network təhsil işçilərinin təcrübə və kommunikasiya platforması tərəfindən və Kapital Bankın sponsorluğu ilə müəllimlər üçün “Fərq yaradan gənc müəllim” müsabiqəsi elan edilir.

Ümumtəhsil məktəblərində işləyən, yaşı 35-ə qədər olan müəllimlər üçün təşkil olunmuş müsabiqənin əsas məqsədi kreativ düşüncəli, müasir və pedaqoji-psixoloji hazırlıqlı gənc müəllimlərin aşkara çıxarılmasından ibarətdir.

Müsabiqə üç mərhələdən ibarətdir.
Birinci mərhələ: (20-27 sentyabr)
•Esse
-Müvafiq linkə keçid edərək qeydiyyatdan keçin:
https://forms.gle/6rPRbmFN6ecxbxPFA
-“Mən fərq yaradan müəlliməm. Çünki…” – tamamlayın.
Mətn 150 sözdən çox olmamalıdır.
Fikir və arqumentlər əsaslandırılmalıdır.

İkinci mərhələ: (05-12 oktyabr)
•45 dəqiqəlik dərs planının hazırlanması

Üçüncü mərhələ (18-27 oktyabr)
•Açıq dərs
-Münsiflər heyətinin seçdiyi namizədlərin əyani formatda nümunəvi dərs təqdimatı keçiriləcək.
-Bu mərhələdə fərdi görüşlər və dərs nümunələri xüsusi komissiya tərəfindən qiymətləndiriləcək.

Qaliblərin elan olunması və mükafatlandırma: (29 oktyabr)

Qaliblər Münsiflər heyəti tərəfindən 27 oktyabr 2021-ci il tarixində elan ediləcək. Qaliblərə Fəxri fərman və hədiyyələr təqdim ediləcək. Müvafiq linkə keçid edərək qeydiyyatdan keçə bilərsiz : https://forms.gle/6rPRbmFN6ecxbxPFA

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir