Sentyabr ayının 7-dən başlayaraq 3 gün ərzində İçərişəhərdə ilin ən maraqlı və böyük tədbiri olmağa namizəd “Bakı günü” festivalı keçiriləcək . Festivalın proqramına uşaqlar üçün əyləncələr, ustadların çıxışı, müxtəlif janr ifaçılarının çıxışı, yerli və xarici müğənnilərin iştirakı ilə konsert və “Tarixi yürüş” daxildir.
Tarixi yürüş isə tələbə-könüllülərin BİRliyi və marağı sayəsində baş tutacaq. Tələbə-könüllülər yürüşdə müxtəlif peşə sahiblərini, incəsənət adamlarını canlandıracaqlar.
Sən də tələbə-könüllü kimi bu festivalın bir iştirakçısı olmaq, tarix yazmaq istəyirsənsə, qeydiyyatdan keç və bizə qoşul!
Son müraciət tarixi: 23.08.2018
Məşqlərin başlayacağı tarix: 01.09.2018
Tədbirin tarixi: 08.09.2018
Ətraflı məlumat və qeydiyyat üçün:https://konullu.edu.az/az/