14 Fevral 17:25

Fevralın 19-da Tusi Bohm Planetariumunda “açıq qapı” günü keçiriləcək

Fevralın 19-da Tusi Bohm Planetariumunda “açıq qapı” günü keçiriləcək

Ölkəmizdə ilk dəfə qeyd olunacaq 27 mart – Elm Günü ilə əlaqədar planlaşdırılan tədbirlər planı çərçivəsində AMEA-nın Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanası və Tusi Bohm Planetariumun birgə təşkilatçılığı ilə fevralın 19-da “açıq qapı” günü keçiriləcək.

Həmin gün Tusi Bohm Planetariumda (Bakı şəh., Neftçilər prospekti, Park Bulvar Ticarət Mərkəzi, 4-cü mərtəbə) astronomiya üzrə populyar mühazirələrin təşkili və kosmosa səyahətlə bağlı sənədli filmin nümayişi nəzərdə tutulur. Astronomiya elminə marağı olan hər kəs tədbirdə iştirak edə bilər.

Bəyən və paylaş

Rəylər

rəy(lər)