FEYNMAN TEXNİKASI İLƏ ÖYRƏNMƏK
İş səmərəliliyinizi artıracaq gözəl bir texnika haqqında danışmaq istəyirəm.
Feynman texnikası bizə bir şeyi bilməklə onu anlamaq arasındakı fərqi görməyə imkan verir. Feynman texnikasına görə, bir şeyin adını bilmək onu başa düşməyiniz demək deyil. Məşhur fizik Riçard Feynmanın adını daşıyan bu texnika dörd addım üzərində qurulub.
1) MÖVZUNU SEÇİN
Mövzu seçməklə başlayıram. Bu, məni maraqlandıran və ya öyrənməli olduğum bir şey ola bilər. Dərhal bu mövzu üzərində işləməyə başlayıram və öyrəndiklərimi qeyd edirəm ki, məlumat yaddaqalan olsun.
2) MÖVZUNU BİLMƏYƏN BİRİNƏ İZAH EDİRMİŞ KİMİ ÖYRƏT
Bu mərhələ çox vacibdir, çünki bir mövzunu izah edə bilirsinizsə, bu, onu başa düşdüyünüz deməkdir. Bu yolla biz də izah etmək qabiliyyətimizi təkmilləşdiririk. Mövzunu bilməyənə izah etmək daha çətindir, ona görə də mövzunu sadələşdirərək izah etməliyik. Feynmana görə, mövzunu sadə şəkildə izah edə bilməmək, mövzunu tam mənimsəməmək deməkdir.
3) GÖZDƏN KEÇİRİN VƏ ÇATIŞMAYAN TƏRƏFLƏRİ TAMAMLAYIN
Çatışmazlığımı dərk edən kimi, əvvəlki addıma qayıtmalı və bu çatışmazlığı aradan qaldırmalıyam ki, yoluma düzgün davam edə bilim. Ona görə də çatışmazlıqları ört-basdır etməkdənsə, davam etməliyik.
4) ANALOGİYALARI TƏKMİL EDİN VƏ İSTİFADƏ EDİN
Analogiya, ortaq bir şeyi olan iki şey arasında bənzətmə etməkdir. Öyrənməyə çalışdığımız məlumatlar bəzən çox mürəkkəb ola bilər və beynimiz bu məlumatları konkretləşdirməkdə çətinlik çəkə bilər və bu zaman bənzətmə işimizi asanlaşdıracaq.
Hazırladı: Edumap.az Təhsil Portalı
____________________________________________________________________________________________________________________
BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:
FACEBOOK: Edumap.az
TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.
İNSTAGRAM:@edumap.az
Tik-tok:edumap.az
Heçbir Rəy Yoxdur