8 Yanvar 20:50

“Fidan və Qoğal” uşaq tamaşası

“Fidan və Qoğal” uşaq tamaşası

YARAT Freestyle və Bakı Uşaq Teatrı gənc tamaşaçıları “Fidan və Qoğal” tamaşasına dəvət edir.

Dəcəl qızcığaz Fidan nənəsinin ona bişirdiyi Qoğalın başına gələn əhvalatları izləyir. Fidan və dostları – Nazbalıncla Yorğan evdən qaçmış Qoğalın arxasınca meşəyə üz tuturlar. Meşədə şahidi olduğu hadisələrdən sonra bir sıra mətləbləri anlayan Fidanın timsalında tamaşaçılara nəsihətamiz fikirlər aşılanır.

Tamaşa Azərbaycan dilində nümayiş olunacaq
Yaş məhdudiyyəti: 5-9 yaşlı uşaqlar üçün nəzərdə tutulub
Tamaşanın müddəti: 50 dəq.

Quruluşçu rejissor – İntiqam Soltan

Yerlərin sayı məhdud olduğundan öncədən qeydiyyatdan keçmək zəruridir.

Qeydiyyat üçün əlaqə: (012) 505 14 14, 0502469292

Tarix: 13 yanvar, 16:00
Məkan: YARAT Müasir İncəsənət Mərkəzi (2-ci mərtəbə, çoxtəyinatlı zal)
Bayıl, Dövlət Bayrağı Meydanının yaxınlığı

Bəyən və paylaş

Rəylər

rəy(lər)