25 Oktyabr 18:54

FİKİRLƏRİN SƏNƏ PUL QAZANDIRACAQ adlı müsabiqə

HR-club Azerbaijan ın tələbələrə dəstək üçün hazırladığı UZAT ƏLİNİ AZƏRBAYCAN adlı layihə çərçivəsində Economy&Quality Journal ilə müştərək olaraq tələbələr üçün FİKİRLƏRİN SƏNƏ PUL QAZANDIRACAQ adlı müsabiqəyə start verildi.

MÜKAFAT FONDU 330 AZN

Müsabiqədə istirak etmək istəyən tələbələr 30.10.2015 tarixinədək şəkilli CV – lərini mövzu yerinə KONKURS yazıb [email protected] elektron poçtuna göndərməlidir. Göstərilən tarixədək şəkilli CV – lərini jurnalın elektron poçtuna göndərməyən tələbələr müsabiqəyə buraxılmayacaq.

Hər sahə üzrə 1, 2, 3 -cü yerlər üzrə qaliblər seçiləcək:
(yani 3 yer x 4 sahə)
1-ci yer 50 AZN
2-ci yer 40 AZN
3-cü yer 30 AZN
məbləğində mükafatlandırılacaq.

01.11.2015 – 30.11.2015 tarixlərində tələbələr Economy&Quality Journal – ın elektron poçtuna aşağıdakı sahələr (mövzular) üzrə məqalələrini təqdim etməlidir:
1.POLITOLOGIYA (yaxin şərqdəki müharibənin dunyanin siyasi mənzərəsinə təsiri),
2. HÜQUQ (beynəlxalq hüququn pozuldugu sahələr),
3.EKOLOGİYA (dünyanın ekoloji vəziyyəti, qlobal istiləşmə, ekoloji silahlardan istifadə),
4. İQTİSADİYYAT (dünya iqtisadiyyatı, menecment, yerli məhsulların rəqabətqabiliyyəti, keyfiyyətin idarəetmə, sertifikatlaşdırma, istehlak mallarının ekspertizası, yerli müəssisələrdə HR menecment)

Məqalələrdə aşağıdakı prinsiplərə əməl edilməlidir:
1. məqalə Times New Roman şriftində,12 ölçisində və 1.5 sətrarası məsafə ilə yazılmalıdır;
2. məqalənin həcmi minimum 4 səhifə, maximum 8 səhifə olmalıdır (şəkillər daxil deyil);
3. məqalələrdə mütləq şəkillər (sxemlər) olmalıdır. Şəkillə (sxemlər) nömrələnməli və ayrıca fayl şəklində məqaləyə əlaqə edilməlidir. Şəkillərin nömrələri ilə onların mətndəki yeri uyğun gəlməlidir.

Məqalə şərti olaraq 3 hissədən ibarət olmalıdır:
1. mövzu üzrə n ümumi nəzəri məlumat verilir;
2. mövzunun əhatə etdiyi problemlər sadalanır və təhlil həyata keçirilir, müqayisələr aparılır;
3. praktik təkliflər verilir.

Müsabiqəyə təqdim edilən məqalələr praktik olmalı və nümumə, misallarla əsaslandırılmalıdır.

Müsabiqədə istirak etmək istəyən tələbələr 30.10.2015 tarixinədək şəkilli CV – lərini mövzu yerinə “KONKURS tehsil.im” yazıb [email protected] elektron poçtuna göndərməlidir. 01.11.2015 – 30.11.2015 tarixlərində isə tələbələr Economy&Quality Journal – ın elektron poçtuna aşağıdakı məqalələrini təqdim etməlidir. Müsabiqəyə 30.11.2015 tarixində saat 17:00 -da yekun vurulacaq. Qaliblərin adları 1 ay ərzində açıqlanacaq (məqalələrin çoxluğundan asılı olaraq).

Bəyən və paylaş

Rəylər

rəy(lər)