14 Dekabr 17:06

“Filial Müdiri” vəzifəsi üzrə vakansiya

Barattson “Filial Müdiri” vəzifəsi üzrə vakansiya elan edir:

Əsas vəzifə öhdəlikləri:

– Filial hədəflərinin və şirkətin strateji planlarının gercəkləşdirilməsi üçün filialdakı satış və əməliyyat işlərinin ən təsirli və məhsuldar şəkildə həyata keçirtmək;

– Müştərilərə yüksək səviyyədə xidmət olunmasını təmin etmək;
– Tədris sahəsi üzrə bazarın və rəqabətin araşdırmasınnı aparılmasını təmin etmək;
– Filial xidmətlərinin satışı üçün təhsil ocaqları və şirkətlərlə əlaqə yaratmaq;
– Filialın rentabelli fəaliyyət göstərməsini təmin etmək və xərclərə nəzarət etmək;
– Müəllimlərin fəaliyyətinə, davamiyyətinə nəzarət, onların ödənişlərini təsdiq etmək;
– Müəllim və işçi seçimində yaxından iştirak etmək;
– Filial işçilərinin gündəlik olaraq iş fəaliyyətinə, davamiyyətinə nəzarət etmək;
– İşçilərin fəaliyyətlərini qiymətləndirmək və motivasiya etmək;
– Rəhbərlik tərəfindən qoyulan digər tələb və tapşırıqları yerinə yetirmək.

Əsas tələblər:

– Ali Təhsil (xaricdə təhsil almış və Magistr dərəcəsi olanlara üstünlük veriləcəkdir);
– Filial müdiri və ya digər rəhbər vəzifəsində ən azı 2 il iş təcrübəsi (təhsil sahəsində iş təcrübəsi olanlara üstünlük veriləcəkdir);
– Dil bilikləri: Azərbaycan dili (mükəmməl); İngilis və Rus dilləri (bilməsi üstünlükdür);
– Kompyuter bilikləri:  MS Office proqramı (Word, Excel, Power Point) peşəkar səviyyədə.

Şəxsi keyfiyyətlər:

– Ünsiyyət və münasibət yaratmaq bacarığı;
– Liderlik, təşkilatçılıq və idarəetmə qabiliyyəti;
– Analitik düşüncə və  hesabat yazma qabiliyyəti;
– Sürətlə inkişaf edən şirkətdə təyziq altında işləmək bacarığı;
– Yenilikçi və daim özünü təkmilləşdirən olmalı;
– Təşkilati dəyərlərə loyal olmalı.

İş qrafiki : 6 iş günü

Əmək haqqı:  razılaşma yolu ilə.

Namizədlərdən CV formaların  [email protected] email ünvanına, mövzu hissədə mütləq vəzifənin adı Filial Müdiri qeyd olunmaqla göndərməkləri xahiş olunur.

CV-in son göndərilmə tarixi: 29 Dekabr 2017 cil il.

Bəyən və paylaş

Rəylər

rəy(lər)