22 May 17:59

Film Akademiyasına qeydiyyat başladı

18-25 yaşlı gənclər yararlanın.

Uzun və isti yay günlərini qədim Quba şəhərinin sərin Dərgah İstirahət Mərkəzində məhsuldar keçirərək foto, kinematoqrafiya, və montaj haqqında praktiki biliklər əldə edib qrup şəklində özünüzün qısa filmlərini yaratmaq istəyirsinizmi ?
O zaman, Azərbaycanın bütün bölgələrindən olan 18-25 yaş arası qızlar və oğlanlar 2019-cu il İyul ayının 22-dən 28-ə qədər keçiriləcək Film Akademiyası layihəmizə müraciət edə bilərlər. Seçilmiş 40 iştirakçının bütün nəqliyyat, qalma və qidalanma xərcləri layihə tərəfindən qarşılanır.

Xüsusilə qeyd edirik ki, layihədə iştirak etmək üçün bu sahədə təcrübənizin olması tələb edilmir, əsas öyrənməyə həvəsli olmanızdır!
Müraciət etmək üçün elektron ərizənizi dolduraraq bizə göndərməyiniz mütləqdir:
https://forms.gle/8LXaxD3wBzS4Q56H9

Ərizə qəbulunun son günü – 15 Iyun 2019-cu il.

Bəyən və paylaş

Rəylər

rəy(lər)