“FINCA Azerbaijan” Qeyri-Bank Kredit Təşkilatı Naxçıvan Ofisi üçün İnzibati Köməkçi vəzifəsinə işçi axtarışı elan edir

İş Elanı № 14/20

“FINCA Impact Finance” Afrika, Avrasiya, Latın Amerikası və Orta Şərqin Azərbaycan da daxil olmaqla 20 ölkəsində fəaliyyət göstərən törəmə şirkətləri vasitəsilə bir milyondan çox müştəriyə maliyyə xidməti göstərən aparıcı qlobal mikromaliyyə şəbəkələrindən biridir.

Hal-hazrıda “FINCA Azerbaijan” Qeyri-Bank Kredit Təşkilatı NAXÇIVAN OFİSİ üçün İNZİBATİ KÖMƏKÇİ vəzifəsinə işçi axtarışı elan edir.

“FINCA-Azerbaijan” maliyyə xidmətləri sahəsində rəqabətədavamlı kompensasiya paketi, geniş iş imkanları və peşəkar iş mühiti təklif edir.

ƏSAS ÖHDƏLİKLƏR

• Filiala gələn şəxsləri və ya zəngləri qəbul etmək və onların sorğularını cavablandırmaq və ya ehtiyaclarına uyğun olaraq müvafiq şəxslərə yönləndirməyi təmin etmək;
• Telefonlara peşəkarcasına cavb verilməsini və daxil olan zənglərin səmərəli şəkildə ünvanlarına çatdırılmasını təmin etmək
• Komputerdən ,poçtdan vəya faks maşından istifadə etməklə məlumat və ya sənədlərin tələb olunan ünvanlara/şəxslərə göndərilməsini təmin etmək ;
• Filialın qrafik üzrə təmizlənməsini və bütün zamanlarda Filialda peşəkar mühütin qorunub saxlanılmasını təmin etmək;
• Filial inventarlarını FINCA Azerbaijan – ın siyasət və prosedurlarına uyğun şəkildə saxlamaq
• Mətbəx avadanlıqlarının FINCA Azerbaijan – ın siyasət və prosedurlarına uyğun şəkildə təchiz edilməsini və onların təmiz və saz vəziyyətdə olmasını təmin etmək
• Davamlı olaraq ofis avadanlıqlarının işlək vəziyyətdə olmasını təmin etmək və qoruyub saxlamaq;
• FINCA Azerbaijan – ın siyasət və prosedurlarına uyğun şəkildə Filalın büllüten lövhəsinə nəzarət etmək və daima yenilənməsini təmin etmək; bu istiqamət üzrə catışmazlıqları (buklet, flyer, poster və s.) müəyyən edərək aradan qaldırılmasına operativ olaraq nəzarət etmək.
• Filialın təhlükəsizlik işlərinin təşkilinə nəzarət etmək və qoyulmuş təhlükəsizlik protokollarına əməl edilməsini təmin etmək;
• Тələb olunduqda təyinati FINCA Azerbaijan Filialina gələn və ya ordan gedən heyət üzvləri və ya qonaqlar üçün logistik işlərin təşkilini həyata keçirmək
• Lazım gələrsə, qəbul edilmiş prosedurlara uyğun olaraq yenilənmiş yanğın təhlükəsizliyi və ilk yardım təlimi/vərdişlərini və Filialın əlahiddə vəziyyətlərə hazır olmasını təmin etmək;
• FINCA Azerbaijan – ın siyasət və prosedurlarına uyğun olaraq kommunal ödənişlərini icra etmək və bu müqavilələr üzrə ofis sahibi ilə koordinasiya işləri aparmaq.
• Ərazi əhatəsində olan ofislərin MƏİ işçiləri ilə əlaqəli işləyərək həmin ofislərdə inzibati işlərlə bağlı məsələlərə, problemlərin həllinə dəstək göstərmək.
• Poçt vasitəsi ilə daxil olan və göndərilən bütün məktub ,teleqram və s.-ləri qəbul etmək,qeydiyyat almaq və qovluğa tikmək;
• FINCA Azerbaijan – ın siyasət və prosedurlarına uyğun olaraq bağlamaların alınması və digər FINCA Azerbaijan idarələrinə göndərilməsini təşkil və idarə etmək
• Lazım gəldikdə ,İnzibati Təlimat və Maliyyə Təlimatının maddələrinə uyğun olaraq FİNCA Azerbaijan-ın alqı prosedurasına həyata keçirmək
• Lazım gəldikcə , Filialda digər heyət üzvlərinə tərtibetmə,surətçıxarma ,cildləmə və ya digər sənəd hazırlama işlərində kömək göstərmək
• FINCA Azerbaijan – Əsas Təqviminə uyğun olaraq Filial təqviminin yenilənib saxlanmasını təmin etmək.
• Əməkdaşların işə davamiyyətinin qeydiyyatını aparmaq və bu proses üzrə məlumatları hesabat formasında dövri olaraq xətti menecerinə təqdimm etmək.
• Təşkilati tədbirlərin həyata keçirilməsində məsul şəxs olaraq aktiv koordinasiya işlərini icra edə bilmək.
• Filiallarda imzalanıb, elektronlaşdırılmış (skan) edilmiş kredit müqavilələrinin təşkilatın təlimat tələblərinə uyğun olaraq hazırlanıb, baş ofisə göndərilməsini təmin etmək.
• Fiziki sənədlərin tam olaraq toplanmasını təşkil etmək, yaranmış çatışmazlıqlar ilə bağlı icraçını məlumatlandırıb, sənədlərin fiziki olaraq tamlığını təşkil etmək.

• Lazım gəldikdə ,bu İş Təsvirində qeyd olunmamış,gündəlik iş prosesində İnzibati və ya xətti rəhbər tərəfindən tapşırılan digər inzibati tapşırıqları yerinə yetirmək.

Tələb olunan bilik və bacarıqlar:

• Ali təhsil
• Microsoft ofis proqramları üzrə bilik (word və excel) və çap etmə bacarığı
• Xidmət yönümlü – Aktiv şəkildə insanlara köməklik göstərməyə səy göstərmək
• Yüksək şifahi ünsiyyət- məlumatları effektiv şəkildə çatdırmaq üçün digərləri ilə danışmaq bacarığı
• Əlaqələndirmə – fəaliyyətləri digərlərinin fəaliyyətləri ilə uyğunlaşdırmaq
• Filialdaxili şəxslərarası ünsiyyəti qurmaq və qoruyub saxlamaq
• İşində düzgünlüyə və təfərrüatlara diqqət yetirmək

Əgər yuxarıda qeyd edilən vəzifədə işləmək istəyirsinizsə, öz tərcümeyi-halınızı (CV) 6 Mart 2020-ci il tarixindən gec olmamaq şərtilə [email protected] elektron ünvanına Subject/Mövzu hissəsində İNZİBATİ KÖMƏKÇİ (NAXÇIVAN) Edumap.az qeyd etməklə göndərə bilərsiniz.

Bir cavab yazın

Back to top button