Cümə, 22 Avqust, 2025

“First Lego League Azərbaycan” mühəndislik və robot texnologiyaları yarışı keçiriləcək


  • Dərc edildi: 11 Noyabr, 2021 - 13:30
“First Lego League Azərbaycan” mühəndislik və robot texnologiyaları yarışı keçiriləcək

“First Lego League Azərbaycan” mühəndislik və robot texnologiyaları yarışı keçiriləcək

Təhsil Nazirliyi və "Edumedia"şirkətinin birgə təşkilatçılığı ilə məktəblilər arasında “First Lego League Azərbaycan” (FLL) mühəndislik və robot texnologiyaları yarışı keçiriləcək.   FLL şagirdləri elm, texnologiya, fizika və riyaziyyat dünyası ilə tanış edən turnirdir. Şagirdlər bu turnirdə iştirak edərək gələcək elm insanları və mühəndislər üçün lazım olan tənqidi düşüncə, qeyri-standart üsullarla problemlərin həll olunması, bununla yanaşı, komanda şəklində işləmək kimi vacib bacarıqları inkişaf etdirirlər.   Bu il keçirilən turnirin mövzusu “CITY SHAPER” adlanır. Turnirdə iştirak üçün 10-16 yaşlı şagirdlər komanda şəklində şəhərqurma üzrə tədqiqat aparmalı, “Lego Midstorms EV3” xüsusi dəstlərindən istifadə edərək mövzu üzrə elan edilmiş missiyaları həll etmək üçün robot yığmalı, onu proqramlaşdırmalı və yaradıcı yanaşma nümayiş etdirməlidirlər.   Yarışda iştirak etmiş bütün şagirdlər medal və sertifikatlar, müxtəlif kateqoriyalar üzrə qalib gələn komandalar isə kuboklarla təltif olunacaqlar.   Yarış haqqında daha ətraflı məlumat almaq və qeydiyyat üçünhttp://www.fllazerbaijan.org/internet səhifəsinə müraciət etmək mümkündür.

Təhsil Xəbərləri

“Bir Müəllimin Manifesti” proqramına qeydiyyat başladı!
21 Avqust, 2025 - 23:21 267
“Bir Müəllimin Manif...
Məktəblilərimiz Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasında (IOAA 2025) uğur qazanıblar!
21 Avqust, 2025 - 18:11 61
Məktəblilərimiz Beyn...
Sumqayıt Dövlət Universiteti 131 fənn üzrə pedaqoji kadrların işə qəbulunu elan edir
01 Avqust, 2025 - 15:30 7159
Sumqayıt Dövlət Univ...