16 Oktyabr 11:49

First Workshop On Agile Manifesto (Agile Analysis)

Hörmətli Əməkdaşlar

Son illərin ən aktual mövzularından biri olan Agile analiz, biznes analiz və Big Datanın biznesin inkişafına təsiri ölkəmizdə də tətbiq edilməyə başlanılmışdır. Bu istiqamətdə ilk dəfə olaraq Neuron Technologies şirkəti, ADA Universiteti ilə birgə Agile Manifestonun biznesdə tətbiqinə aid silsilə tədbirlər keçirməyi planlaşdırır. “First Workshop On Agile Manifesto(Agile Analyze)” adlı birinci Workshop 14 Noyabr 15.00-18.00 arasında ADA Universitetdə təşkil olunacaqdır. Burada əsas məqsəd Biznesin inkişafında Agile Analiz, Biznes Analiz, Məhsul sahibi (Product Owner), Biznes Analitika, Data Elmləri (Data Science), Data Mühəndisliyin (Data Engineering) rolunu müzakirə etməkdir. Workshop əsasən müxtəlif seqmentdə fəaliyyət göstərən şirkətlər üçün nəzərdə tutulmuşdur. Bura istehsalat, IT şirkətləri, servis sektorları, mürəkkəb biznes proseslər əsasında işləyən şirkətlər və s. daxildir. Workshop-da səsləndiriləcək Agile Manifesto konseptləri rəhbərlər, layihə menecerləri, biznes analistlər, biznes proseslərin idarəedilməsi üzrə mütəxəssislər, IT mütəxəssisləri və digər seqmentlər üçün faydalı olacaqdır

Qeydiyyat

Bəyən və paylaş

Rəylər

rəy(lər)