Fizika fənni üzrə təşkil ediləcək seminarda iştirak etmək istəyən şəxslərin nəzərinə!

ARTİ MİQ və Sertifikasiya imtahanlarına hazırlaşan namizədlərə dəstək məqsədilə seminarlara start verir.

Hər seminar bir fənn üzrə çərçivə sənədinin izahına həsr olunacaq, əvvəlki illərdə imtahanlarda istifadə olunan sual nümunələri müzakirə olunacaq, eyni zamanda gələcəkdə çərçivə sənədinin təkmilləşdirilməsinə dair verilən təkliflər dəyərləndiriləcək.

Həftə ərzində bir neçə dəfə olmaqla mütəmadi şəkildə keçirilməsi planlaşdırılan seminarlar ilkin olaraq fizika fənnindən imtahanlara hazırlaşan şəxsləri əhatə edəcək.

18 may 2022-ci il tarixində saat 15:00-da fizika fənni üzrə təşkil ediləcək seminarda iştirak etmək istəyən şəxslər aşağıdakı linkə daxil olmaqla qeydiyyatdan keçə bilərlər:

https://forms.gle/FeRFt3XqWhbcnw9NA

Müraciət üçün son tarix: 17 may 2022-ci il

Nəzərinizə çatdıraq ki, seminarlar ARTİ MDPİM-də təşkil olunacaq və 2 saat davam edəcək.

__________________________________________________________________________________________________________________
BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:
FACEBOOK: Edumap.az
                   Gənclərin Xəritəsi
İNSTAGRAM: @edumap.az

Related Articles