3 Dekabr 09:36

Fizika sahəsi üzrə təhsil alan tələbələrin nəzərinə!

Fizika sahəsi üzrə təhsil alan tələbələrin nəzərinə!
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının təşkilati dəstəyi ilə görkəmli fizik Tomas Edisona həsr edilmiş “Edison məktəbi” layihəsi həyata keçirilir. Layihə çərçivəsində Edisonun həyat və yaradıcılığına aid suallardan ibarət 2 mərhələli fizika olimpiadası keçiriləcək. Olimpiadanın ilk mərhələsi 26 dekabr 2015-ci il tarixində Azərbaycan Dövlət Pedaqoji Universitetində baş tutacaq. Layihənin sonunda iştirakçılar diplom və sertifikatlarla mükafatlandırılacaqlar.Bu bilik yarışında qeyri-ixtisas tələbələri də iştirak edə bilərlər.Olimpiadada iştirak etmək istəyən tələbələr aşağıdakı ünvanda qeydiyyatdan keçə bilərlər:
http://goo.gl/forms/Lg6K2vLKNg

Qeydiyyat üçün son tarix: 21.12.2015

Bəyən və paylaş

Rəylər

rəy(lər)