31 Mart 10:29

“Fiziki qüsurlu gənclərin gözündə təmiz ətraf mühit” adlı sərgi

Avropa İttifaqı tərəfindən maliyyələşdirilən və BMT İnkişaf Proqramının dəstəyi ilə həyata keçirilən “Həssas əhali qruplarının sosial-iqtisadi hüquqlarının təşviqində vətəndaş cəmiyyətinin rolunun gücləndirilməsi” layihəsi çərçivəsində “Fiziki qüsurlu gənclərin gözündə təmiz ətraf mühit” sərgisi.
Sərgi “Internyus Servis”in təşəbbüsü ilə Məleykə Vəliyeva tərəfindən təşkil olunur.Belə ki, gənclər və əlilliyi olan gənclər tərəfindən göndərilən rəsmlərin arasından 10 ən yaxşı iş seçiləcək və onlardan ibarət sərgi təşkil olunacaq, qaliblər səsvermə yolu ilə müəyyən ediləcəkdir.Yarışma nəticəsində əldə edəcəyimiz 10 ədəd Ekologiya mövzusunda rəsm vasitəsi ilə cəmiyyətdə ekologiyanı qorumaq mədəniyyəti formalaşdırmaq və insanların fikrini bu problemə yönəldərək, təmiz mühit uğruna mübarizəyə çağırmaqdır.
Beləliklə, əziz oxuyucular Sizləri 5 Aprel tarixində saat 18:00 – 20:00 dək Fabrika Coworking Center-də baş tutacaq “Fiziki qüsurlu gənclərin gözündə təmiz ətraf mühit” adlı sərgidə iştirak edə bilərsiniz!

Ünvan: Nizami küçəsi 92 ( Land Markın yanı)
Əlavə məlumat üçün Məleykə Vəliyevaya müraciət edə bilərsiniz
Email: [email protected]
Facebook: Maleyka Valiyeva

Bəyən və paylaş

Rəylər

rəy(lər)