Follow the art step by step

Ölkəmizdə müxtəlif sahələrin gündən-günə dəyişməsi və inkişaf etməsi üçün “Enactus AzMİU” komandası olaraq layihə düşündük və bir ilə yaxındır bu layihə üzərində işləyirik.

Dövlətimizdə inkişaf edən və fəaliyyət göstərən sahələrin inkişafı üçün lahiyəmizdə bir çox sahəyə aid kateqoriyalar göstərilib. Hansı ki, hər biri strateji əhəmiyyətli sahələrdir. Bu sahələrə İnformasiya Kommunikasiya Texnologiyaları (İKT), virtual aləm, mobil rabitə daxildir.
Həmçinin, ölkəmizdə olan tarixi sənətlərin, əl işlərinin, qabların və s. bu kimi incəsənət məhsullarına həm yerli, həm də xarici vətəndaşlara mükəmməl şəkildə təqdim etməyi nəzərdə tutmuşuq.
Azərbaycan Memarlıq və İnşaat Universitetinin “Enactus AzMİU” komandasının təşəbbüsü olaraq həyata keçirmək istədiyimiz “GafGart” layihəsi “Follow the art step by step” şüarı altında yaradılaraq incəsənət məshullarının satışı üzrə elektron ticarət portalının əsasını qoymuşdur. “GafGart”ın əsas məqsədi ehtiyacınız olacaq bütün məhsulları bir məkanda yerləşdirib vətəndaşlarımızın işini asanlaşdırmaqla yanaşı dövlətimizdə olan bacarıqları tam şəkildə nümayiş etdirməkdir. Layihəmizi “GafGart” adlandırmağımızın əsas səbəbi isə “Gafgaz” və “Art” sözlərinin qısalmış forması olmaqla Qafqazdakı incəsənəti nümayiş etdirməkdir.

Əziz dostlar, Sərgidə layihəmizin əməkdaşlarının aşağıdakı kateqoriyalar üzrə əl işləri sərgilənəcəkdir. Biz də sizlərdən biri kimi ölkəmizdəki incəsənətin nümayiş etdiriləcəyi sərgiyə dəvət edirik.
Kateqoriyalar:
Rəsm əsərləri
Musiqi alətləri
Milli geyimlər
Toxuculuq
Milli suvinerlər
Xalçalar
Gənc yazarlarımızın kitabları
Heykəltaraşlıq
Vitraj

Sərginin keçiriləcəyi məkan: Karvan Art Gallery Ünvan: Səbail rayonu , Xəqani 17A (Rus dram teartın yanında) Əlaqə vasitələri: [email protected] 077 406 06 62

Bir cavab yazın

Back to top button
Close