16 Dekabr 21:54

Formula 1 Avropa Qran Prisində könüllü

İdman tədbirlərinin reallaşması üçün könüllülər əsas qüvvədir! Könüllülərin dəstəyi olmadan hər hansı bir işi təsəvvür etmək çox çətindir.

Formula 1-in tələblərinə cavab verən hərbir kəs könüllü qismində qatılaraq 2016-cı ildə Bakı, Azərbaycanda ilk dəfə keçiriləcək dünya səviyyəli F1 yarışına dəstək ola bilər. Qatılmaq üçün hər hansı xüsusi bilik və bacarığa malik olmanız şərt deyil, sadəcə aşağıdakı kimi ilkin tələblərə cavab vermək kifayətdir:

  • İngilis dilini bilməli
  • Minimum 16 yaşında olmalı
  • Gərgin iş rejimində işləməyi bacarmalı

Müxtəlif yaşda, müxtəlif cinslərə mənsub olan və fərqli təcrübəyə malik könüllülərdən ibarət heyətlər yarışlar zamanı Bakı City Circuit ailəsinə qoşula bilər. Baku City Circuit ailəsinin üzvü olmaqla siz daha çox təcrübə, unudulmaz xatirələr, işgüzar əlaqələrinizi genişləndirmək və təbii olaraq həmkarlar və F1 Avropa Qran-Prisinin təşkilatçıları arasında yeni dostlar qazanmaq imkanı əldə edəcəksiniz.

Elə indi yaz və Baku City Cicuit Komandasının üzvü olmaq şansını əldə et!

[email protected]

Qeydiyyat

Bəyən və paylaş

Rəylər

rəy(lər)