8 Aprel 13:24

“Fotonu Paylaş” müsabiqəsi

Dostlar, Gənclərin İnkişaf və Karyera Mərkəzi #evdəqal’dığınız müddəti maraqlı və eyni zamanda məhsuldar etmək istiqamətində işləri davam etdirir.

Növbə gəlib foto ilə maraqlanan və bu işə yeni başlayan gəncləri kəşf etməyə də çatdı. Beləliklə, biz  “Fotonu paylaş” müsabiqəsi üçün sizin nə vaxtsa çəkib saxladığınız, paylaşmadığınız amma hamının görməsini istədiyiniz fotolarınızı gözləyirik! Vaxt itirmədən onları bizim [email protected] ünvanımıza göndərin!

Qaliblərə gəldikdə isə ilk üç yerin qalibini sosial şəbəkələrdə bəyənmə sayı müəyyən edəcək. İştirakçılar içərisindən yalnız biri isə “Münsif mükafatı”na layiq görüləcək. Yalnız bir iştirakçını münsiflər heyəti bəyənib qalib edəcək! 

Münsiflər tərəfindən seçilən qalib – Xiaomi Mi band 4

I Yer – Bluetooth Speaker Havit M15

II Yer – Xiaomi AirDots qulaqcıq

III Yer – Huawei band 3e

Münsiflər heyətimiz isə Azərbaycan Fotoqraflar Birliyinin rəhbəri Mirnaib Həsənoğlu,  məşhur fotoqraflar Vüqar İbadov, Vahid Həsənov və Andrey Jabalidir. 

Siz eyni zamanda münsiflər heyətimizdən fotoqrafiya ilə bağlı sizi maraqlandıran bütün sualları soruşa və məsləhətlər ala bilərsiniz. Axı bizim əsas məqsədimiz sizin sevdiyiniz sahə ilə məşğul olmanız və yaranan bütün suallara cavab tapa bilmənizdir!

Şərtlərimiz  çox sadədir:

Fotolar keyfiyyətli və  JPEG formatında göndərilməlidir.

Fotonun siz tərəfdən daha öncə və ya indi evdə olduğunuz müddətdə çəkilməsinə  fərq qoyulmur.

Hər bir fotoqraf müsabiqəyə 3 foto təqdim edə bilər.

Fotolar 20 aprel tarixinə kimi qəbul olunur. Hər bir müəllif adı, soyadı və fotonun adını, şəxsi mobil nömrəsini (mümkündürsə, sosial şəbəkə ünvanlarını) mütləq qeyd etməlidir.

Mobiloqrafiya bölməsi üzrə mobil telefon ilə çəkilmiş fotolar da qəbul olunur. Göndərilən fotoların Mobiloqrafiya kateqoriyasına aid olunması (mobil telefon ilə çəkildiyi qeyd olunmalı) və müəllifin adı, soyadı və fotonun adı mütləq qeyd edilməlidir.

Təqdim olunmuş fotolar üzərində heç bir fotoredaktə proqramlarında əlavələr (real rəng, kontrast və s. kimi alətlərdən istifadə olunması mütləqdir) olunmamalıdır.

Münsiflər lazım gəldikdə, fotonun ilkin variantını tələb etmək hüququndadır. Fotoların üzərində heç bir müəllif imzası və ya loqosu yerləşdirmək olmaz.

Fotolarda əks olunmuş insanların razılığı fotoqrafın üzərinə düşür.

Müəllif hüquqları qorunmaq şərti ilə fotoların yalnız təbliğ məqsədi ilə istifadə edilməsi müəllif ilə razılaşdırılacaq.

Fotolardan kommersiya məqsədi ilə istifadə olunmayacaq.

Fotolar GİKM sosial şəbəkələrində müsabiqə davam etdiyi müddətdə paylaşılacaq.

Hər birinizə uğurlar, dostlar!

Azərbaycan Fotoqrafları ictimai birliyi

Bəyən və paylaş