#
11 İyul 13:53

Fotoqrafiyada Still Life Çəkiliş Üsulları haqqında maraqlı məlumat

Still life, hərəkətsiz əşyaların və xüsusilə kiçik obyektlərin şəkillərinin çəkilməsidir. Gündəlik həyatta rastlaşdığımız hər şeyə daha minimalist və fərqli baxmaq ehtiyacını doğuran still life çəkmə texnikası, ümumiyyətlə yemək-içmək sektorunda tez-tez istifadə edilməkdədir.

Reklam sektorunun yeni trendi olan still life, asan görünməyinə baxmayaraq hər fotoqraflıq sahəsi kimi özünə xas çətinlikləri olan bir çəkim formasıdır. Normalda foto çəkərkən diqqət etməyəcəyiniz detallara still life çəkərkən diqqət edə bilərsiz. Obyektin üzərindəki tozlar və ya arxa plandakı kiçik bir ləkə belə sizi narahat edə bilər. Bu səbəbdən still life çəkilişlərində diqqət və tarazlığa diqqət etməlisiniz.

Still Life Çəkiliş Üsulları

Still life necə çəkilir deyə soruşsanız əgər, əvvəlcə studia və işıq fotoqraflığına hakim olmalısınız. Professional mənada bu işlə məşğul olmaq istəyirsinizsə “Softbox” vəya “Lightbox” istifadəsi daha yararlı olar. İşığınızı yumuşaldacaq və mövzunuzu gücləndirəcək bu alətlərlə still life çəkiliş etmək daha asand olacaqdır.

Still life fotoşəkillər əslində tamamilə fotoqrafın kreativliyindən asılı olaraq meydana gəlir. Still life çəkiliş edərkən eyni anda müəyyən fotoqraflıq üsullarını da istifadə etmək lazımdır. Bunlar arasında ən vacibləri:

  • Still life çəkilişlərdə sadə bir kompozisiya yaradın və aparatdan baxtığınız şeyin sadəcə mövzunuz olmasına diqqət edin.
  • Xarici məkan çəkilişlərdə softbox çətir ya da bənzər bir avadanlığı mövzunuzun arxasına yerləşdirərək qarışıq arxa fon problemini həll edin
  • Diqqətinizi yayındıracaq və şəkilə baxanın cəmlənməsini əngəlləyəcək hər cür xırdalıqdan azad olun.
  • Still life üsulu ilə şəkil çəkərkən makro modunu istifadə edin
  • Çəkdiyiniz mövzuyla eyni səviyyəyə enin, lakin fərqli mövqelər istifadə etməyi unutmayın.
  • Kompozisiya yaradın və rənglərdən istifadə edin. f5/.6 ilə f/11 aras;nda bir diafraqma arxa fonu aydınlanmaya almadan kompozisiyanın kəskinliyini təmin edəcəkdir.
  • Əgər təbii işıq istifadə edirsizsə diafraqma, prioritet modunu və düzgün pozu götürməyi müəyyənləşdirmək üçün poz götürmə kompensasiyasını istifadə edin.
  • Aydınlamanızı kompozisiyaya görə quraşdırın. İstifadə etdiyiniz mövzu və önə çıxarmaq istədiyiniz mövzuya görə aydınlamanı müəyyənləşdirin.

 

Bunlara əlavə olaraq still life şəkillərinizdə tarazlıq yaradın. Rəngli bir arxa fon, sabitləyicilər, obyektləri yerləşdirəcəyiniz aksesuarlar istifadə edin. Kameranızı işığınızı və Softboxu düzgün yerə qoyun.

Still Life Çəkilişlərində Tez-Tez Edilən Səhvlər və Bunların Qarşısını Almağın Yolları

Still life şəkil çəkilişi nə qədər əyləncəli olsa da, çətinliklərə sahib bir çəkiliş çeşididir desək əslində yerində olar. Ümumiyyətlə studia və az işıq faktorunun təsiri ilə istənilən təsvirin tutulamaması, kompozisiya və sahə dərinliyi problemləri təcrübə edilməkdədir. Fotoqrafın professionallığına görə də rastlaşma tezliyi dəyişən still life çəkilişlərdə ən çox görülən xətalar və həllər aşağıdakı kimidir:

  • Əksetmələr: İşıq mənbəyinizi səhnənin üzərinə yerləşdirsəniz plastik lövhədə əksetmə ilə qarşılaşa bilərsiz. Bu vəziyyətin önünə keçmək üçün işıq mənbəyini bir az uzağa və ya aşağı çəkməniz lazımdır.
  • Düz kompozisiya: İstifadə etdiyiniz obyektlər ya da mövzular bir biri ilə toqquşmursa, yaxud eyni səviyyədə yerlışdirilməyibsə təsvirləriniz çox sadə görünəcək. İstifadə etdiyiniz obyektləri qruplara bölün ə bir-birlərinin üzərinə kölgələrinin düşə biləcəyi bir kompozisiya yaradın. Still life şəkil çəkilişi üçün obyektlərin bir-biri ilə əlaqəli olduğu kompozisiyalar üzərində çalışın.
  • Arxa fonun diqqət yayındırması: Still life çəkiliş xətaları arasında ən vaciblərdən biri də arxa fonun diqqət pozucu olmağıdır. Nahamar bir arxa fon kölgələri göstərəcəyi üçün ideal deyil. Ağ yaxud rəngli fərq etmədən istifadə etdiyiniz arxa fonun mümkün olduqca hamar olduğuna əmin olun.

Still life çəkimi üçün təcrübə qazanmaq istəyirsinizsə studia mühitində çalışın. Ümumiyyətlə yemək-içmək  markalarının üstünlük verdiyi fotoqraflıq sahəsində inkişaf edərək üstün tutulan bir fotoqraf ola bilərsiz. Çəkdiyiniz şəkillər də maraq çəkə bilər, yaradıcılığınızı və şəkil sənətini istifadə etmə bacarığınızı sərgiləyə bilərsiniz.

Fotoqrafiya sahəsinə maraqlı olanlar üçün, STEP IT Academy-də Peşəkar Rəqəmsal Foto Kursları keçirilir. Bu kurs sıfırdan rəqəmsal foto ilə maraqlanan hər kəsə, foto və ya dizayn sahəsində iş tapmaq və ya sadəcə foto çəkilişləri həyata keçirmək bacarıqlarını inkişaf etdirmək istəyənlər üçün maraqlı ola bilər. Ətraflı məlumat: itstep.az

Bəyən və paylaş

Rəylər

rəy(lər)