21 Yanvar 11:15

Fotoqraflıq nədir?

Fotoqraflıq əslində çox dərin mənalar çıxarda biləcəyimiz bir sənət növüdür. Fotoqraflıq nədi? Sualı üçün verəbiləcəyimiz ən gözəl cavab: adamın gördüyü komponentləri xüsusi texnikalar ilə vizual sənətə çevirməsidir.

Daha texniki bir ifadə ilə desək, Fotoqraflıq fotoaparat istifadə edərək, işığın həssas bir səth üzərində vizuallaşdırılmasına deyilir. Estetik tərəfinə diqqət yetirildikdə bir sənət olaraq qəbul edilir.

Fotoaparat vizuallaşdıran cihazdır. Fotoqraflar kamerayı və linzaları idarə edərək, lazımı işığı tutduraraq raw faylarının yaranmasına təşkil edərlər. Rəqəmsal fotoaparatlar işığa həssas elektronik sensorlar istifadə edir.

Fotoqraflığın Sahələri

 

Ağ-Qara

Əvvəllər bütün fotoaparatlar əslində monokrom yəni ağ-qara idi. Rəngli lentalardan istifadə edildiyini zamanda məhşurluğunu saxladı. Bunun səbəbləri içərisində həm ucuz olmaları, həm də fotolara “klassik” görüntü verməsini deyə bilərik. Əlbəttə bütün ağ-qara fotolar sadəcə ağ qara deyildir. Fərqli işlərdən asılı olaraq başqa rənglər də vardır. Bəzi tam rəngli rəqəmsal fotolar düzəliş edilərək ağ-qara rəngə çevrilə bilər.

Rəngli

Rəngli Fotoaparatlar 19-cu əsrin ortalarından etibarən ixtira edilmiş və təkminləşdirilmişdir. Rəngli fotolar üstündə edilən ilk təcrübələr uzun vaxt tələb etmiş və ağ işığın təsiri ilə rəngli fotolar qısa zamanda rəngi dəyişmişdir.

İlk qalıcı rəngli foto, fizik James Clerk Maxwellin üç rəng ayrılması prinsipi əsasında 1861-ci ildə çəkilmişdir.

Rəqəmsal Fotoqraflıq.

İlk rəqəmsal fotoaparat 1975-ci ildə Kodak-da mühəndis olaraq işləyən Steven Sasson və bir qrup texnik tərəfindən hazırlandı. Qlobal bazara təqdim edilən ilk rəngli rəqəmsal fotoaparat isə 1994-cü ildə Apple tərəfindən ABŞ-da bazara çıxarıldı.

Fotoqraflığın Növləri

  • Küçə Fotoqraflığı
  • Sənədli Fotoqrafçılıq
  • Toy Fotoqraflığı
  • Ad günü Fotoqraflığı
  • Yemək Fotoqraflığı
  • Portret Fotoqraflığı
  • Məhsul Fotoqraflığ
  • Tur Fotoqraflığı
  •  Studio Fotoqraflığı
  • Moda Fotoqraflığı

Fotoqrafiya çox maraqlı bir sahədir. Sizlərdə fotoqrafiya ilə maraqlanırsınız, amma haradan başlayacağınızı bilmirsinizsə STEP IT Academy-də Peşəkar Rəqəmsal Foto Kurslarına qoşula bilərsiniz. STEP IT Academy tələbələrinə, sıfırdan rəqəmsal foto ilə maraqlanan hər kəsə, foto və ya dizayn sahəsində iş tapmaq və ya sadəcə foto çəkilişləri həyata keçirmək bacarıqlarını inkişaf etdirmək istəyənlər üçün maraqlı ola bilər. Daha ətraflı: itstep.az

Bəyən və paylaş

Rəylər

rəy(lər)