Frankofoniya Film Festivalının Proqramı
Macarıstan
«Dünən»
Moldova
« Milika »
►2014/ Rejissor: Valeriu Jereqi/ 23 dəq/ İngilis altyazıları ilə
►Tarix, saat: 3 aprel 19.00-da/ Məkan: Landmark
►Giriş sərbəstdir
Sinopsis: Film Moldovanın kiçik bir kəndində nənəsi ilə yaşayan beş yaşlı qız Milika haqqındadır. Milikanın valideynləri boşanıb və özlərinin yeni həyatlarına başlayıblar. Milika valideynlərini yenidən qovuşdurmağa çalışır. Görəsən onun arzusu gerçəkləşəcəkmi?
Salix Caprea» («Söğüt ağacı»)
►2018/ Rejissor: Valeriu Andriuta/ 30 dəq/ İngilis altyazıları ilə
►Tarix, saat: 3 aprel, 19.00-da Məkan: Landmark
►Giriş sərbəstdir
Sinopsis: İki il əvvəl Amerikalı qonaqlar kənddə iki min ağac əkiblər. İndi onlar əkinçiliyinin necə aparıldığını görmək istəyirlər. Bələdiyyə başçısı çəmənə nəzarət edir, əkinçiliyin vəziyyətini yoxlayır. Çox təəssüf ki, kəndlilərin keçiləri bütün ağacları yeyiblər.
https://vimeo.com/291941253
İsveçrə
« Haydi»
►2015/ Rejissor: Alain Gsponer/105 dəq/ Azərbaycan-rus altyazıları ilə
►Tarix və saat: 4 aprel 19.00-da/ Məkan: Park Cinema (Flame Towers)
►Baş rollarda: Anuk Stefen, Bruno Ganz, Izabella Otman
► Janr: macəra
►Yaş həddi: 6 yaş
►Giriş sərbəstdir
Sinopsis: 5 yaşlı yetim Haydi babası ilə İsveçrə dağlarında yaşayır. Lakin xalası Dete onu xəstə və çətin qızı Klaraya baxmaq üçün Frankfurta götürür və o gündən Haydinin xoşbəxt anları bitir. Haydi o andan bir məqsədlə yaşayır: geri babasının yanına dönmək.
https://www.youtube.com/watch?v=eQrZ26kPSpM
Mərakeş
«Həyat»
►2017/ Rejissor: Rauf Səbahi/ 90 dəq/ ingilis altyazıları ilə
►Tarix və saat: 5 aprel, 19.00-da/ Məkan: Landmark
►Giriş sərbəstdir
Sinopsis: Film otuz mərakeşli immiqrantın avtobusla öz vətənlərinə qayıtmaqlarından bəhs edir. Süjet dar məkanda, avtobusda yaşamağa məcbur qalan bir qrup insan arasında baş verən hadisələri təsvir edir. Film dünyagörüşləri və mədəni kökləri fərqli insanlardan ibarət olan (ekstremistlərdən fahişələrə, inqilabçı-marksistlərdən musiqiçilərə) absurd laboratotiyaya çevrilir və bizi Şimali Mərakeşdən cənuba doğru aparır.
https://www.youtube.com/watch?v=JoBaPzSaQyY
Estoniya
«Estoniyalı Parisdə»
► 2012/ Rejissor: Ilmar Raag/ 94 dəq/ İngilis altyazıları ilə
► Tarix, saat: 6 april 15.00-da/ Məkan: Park Cinema (Flame Towers)
►Baş rollarda: Janna Moro, Len Magi, Patrik Pino
►Janr: drama
►Yaş həddi: 14 yaş
► Giriş sərbəstdir
Sinopsis: Anna, illər əvvəl Fransaya köçmüş yaşlı estoniyalı xanım Fridaya quluq etmək məqsədi ilə Estoniyanı tərk edir. Anna tezliklə anlayır ki, onun gəlişinə şad deyirlər çünki Fridanın həyatdan istədiyi tək şey – gənc sevgilisi Stefanın diqqəti və qayğısıdır. Stefan isə, Fridanın iradəsinə əks olaraq Annanın qoca qadının yanında qalmasını istəyir. Lakin Anna bu qarşıdurmada öz çıxış yolunu tapır.
https://www.youtube.com/watch?v=E2Z_xL29aMI
Rumıniya
«Veronika»
►1973/ Rejissor: Elizabeta Bostan/ 90 dəq/ ingilis altyazıları ilə
►Məkan: ▬ Hogwarts məktəbi, («Gənclik» metrosu, M. Araz küç. 16 B)
►Tarix, saat: 9 aprel, 15.00-da
▬ IFA (Fuzuli küç., 67) ► Tarix, saat: 13 aprel, 10.30-da
► Giriş sərbəstdir
Sinopsis: Xeyirxah Pəri tərəfindən verilən sehrli çantanı axtarmaq məqsədi ilə meşəyə gedən kiçik bir qız Veronika müxtəlif nağılların qəhrəmanları ilə (onların əksəriyyəti Jan de Lafontenin əsərlərinin obrazlarıdır) qarşılaşır və onlarla dostlaşır. O, bu səyahət zamanı fədakar, qayğıkeş olmağı öyrənir. Mahnılar və rəqslərlə dolu film, dünyanın hər bir yerində yaşayan uşaqlar üçün örnək hekayədir.
https://www.youtube.com/watch?v=VMd-aGKp7tg
Baltikyanı ölkələr
«Zamanın körpüləri»
►2018/ Rejissorlar: K. Briede, O. Stonys/ 90 dəq/İngilis altyazıları ilə
► Tarix, saat: 9 aprel, 19.00-da/ Məkan: Park Cinema (Flame Towers)
►Baş rollarda: Uldis Brauns, Herz Frank, Aivars Frimanis
►Janr: sənədli
►Yaş həddi: 14 yaş
► Giriş sərbəstdir
Sinopsis: Kristin Brid və Odrius Stonisin meditativ sənədli əsəri, Baltik ölkələrindəki «Yeni Dalğanın» ən az tanınan kino şairlərini təsvir edir. Onlar bədii ifadə vasitələri ilə qadağaları aradan qaldırırdılar.
https://www.youtube.com/watch?v=pHNFD-pWv60
Fransa
«Korporasiya»
►2017/ Rejissor: Nikolya Silhol/ 95 dəq/ İngilis altyazıları ilə
►Tarix, saat: 11 aprel, 19.00-da/ Məkan: YARAT
►Giriş sərbəstdir
Sinopsis: Emili Tesson-Hansen böyük şirkətdə çalışan iddialı HR menecerdir. Onun əməkdaşlarından biri intihar edir. Bu hadisə ilə bağlı istintaq başlanır və müstəntiqlər iş yerində zorakılığın tətbiq olunduğundan şübhələnirlər.
https://www.youtube.com/watch?v=m4jdk7EriMo
Yunanıstan
«Kazantzakis»
►2017/ Rejissor: Yanis Samarqdis/ 120 dəq/ Fransız altyazıları ilə
►Tarix, saat: 13 aprel 15.00-da/ Məkan: Park Cinema (Flame Towers)
►Baş rollarda: Odiseas Papaspiliopulos, Marina Kalogiru, Todoris Ateridis
►Janr: Bioqrafik
►Yaş həddi: 14 yaş
►Giriş sərbəstdir
Sinopsis: Yunan yazıçısı Nikos Kazantzakis haqqında bioqrafik film.
https://www.youtube.com/watch?v=E6liFqYbLW4
Costa Rika
«Por la plumas»
► 2013/ Rejissor: Neto Villalobos/ 85 dəq/ İngilis altyazıları ilə
►Tarix, saat: 14 aprel, 17.00-da/ Məkan: Landmark
► Giriş sərbəstdir
Synopsis: Chalo, təhlükəsizlik əməkdaşıdır və ilk dəfə xoruz döyüşündə qalib gəlmək üçün üçün çox çalışır. Ancaq məqsədinə çatdıqdan sonra, illüziyalarını və dostluq dəyərlərini sınayan bir sıra gözlənilməz hadisələr meydana çıxmağa başlayır.
https://www.youtube.com/watch?v=05h-Lifhm9k&t=13s