13 Dekabr 18:49

Fransada magistr təhsili almaq istəyən gənclərin nəzərinə!

SOCAR FRANSA`-da TƏHSİL İMKANI YARADIR

Fransada magistr təhsili almaq istəyən gənclərin nəzərinə!
SOCAR Xarici Təqaüd Proqramı çərçivəsində Fransanın nüfuzlu universitetlərində ingilis və ya fransız dillərində magistr təhsili almaq istəyən gənclər arasında müsabiqə elan edir. Müsabiqədə hazırda bakalavr pilləsinin 4-cü kursunda və ya magistraturada oxuyan, həmçinin ali təhsilini başa vurmuş gənclər iştirak edə bilərlər. Müsabiqəyə sənəd qəbulunun son günü 01.01.2016 tarixidir. Qəbul aşağıdakı ixtisaslar üzrə aparılır:

Geologiya (geofizika) mühəndisliyi (neft-qaz sənayesi üzrə)
Neft – qaz mühəndisliyi (istismar, qazma və sairə)
Kimya mühəndisliyi
Mexanika mühəndisliyi (neft-qaz hasilatı, emalı və kimya sənayesi üzrə)
Elektroenergetika mühəndisliyi
Elektrik mühəndisliyi
İnşaat mühəndisliyi
Kompüter mühəndisliyi (elmləri)
İnformasiya texnologiyaları və sistemləri mühəndisliyi
Proseslərin avtomatlaşdırılması mühəndisliyi (neft-qaz hasilatı və emalı sənayesi üzrə)

http://new.socar.az/…/telim%20ve%20in…/TP/elanlar/elan1.html Teleb olunan senedlerinizi [email protected] unvanina gonderin.

Bəyən və paylaş

Rəylər

rəy(lər)