18 May 12:51

Fransanın Dövlət Təqaüd Proqramı

Fransada  2020-2021-ci tədris ili üçün azərbaycanlı tələbələrə şamil olunan təqaüd və güzəştlər kampaniyasının açıq elan olunması (son müraciət tarixi: 5 iyun)

Ambassade de France en Azerbaïdjan / Fransanın Azərbaycandakı Səfirliyi (Institut Français d’Azerbaïdjan-nın nəzdində yerləşən  Campus France Bakou ofisi) 2020-2021-ci tədris ilində Fransada ali təhsil almaq istəyən azərbaycanlı tələbələr üçün nəzərdə tutulmuş Fransa Hökumətinin təqaüdləri və fərqləndirilmiş qeydiyyat haqqları üzrə güzəştlər kampaniyasını açıq elan edir. 2020-ci tədris ilinin əvvəlində Fransada təhsil almaq planınız varsa, siz Fransa Səfirliyinin təklif etdiyi Fransanın Dövlət Təqaüdünü qazanmaq və ya fərqləndirilmiş qeydiyyat haqqından azad ola bilərsiniz.
Müraciətlər 2020-ci il 5 iyun tarixinə qədər açıqdır❗️

Bütün tələb olunan şərtləri aydın şəkildə təqdim edən elana buradan baxa bilərsiniz.

 

 

Bəyən və paylaş