16 Dekabr 10:52

Fransız-Azərbaycan Universiteti işçi qəbulu elan edir

Fransız-Azərbaycan Universitetində (UFAZ) 2-ci semestr üçün vakansiyalar elan olunur :

 

• Fizika müəllimi

• Kimya müəllimi

• İnformatika müəllimi

• Kimya laborantı*

• Fizika  laborantı*

 

Namizədlər pdf formatda ərizə və ingilis dilində yazılmış CV-lərini 01.02.2017-ci il  tarixinədək [email protected]  elektron ünvanına göndərə bilərlər.

 

• Ərizəçilərin yuxarıda göstərilən sahələr üzrə ən azı magistr dərəcəsi və iki illik tədris təcrübəsi olmalıdır;

• Namizədlərin yüksək ingilis dili biliyi və bu dildə fənlərin tədrisi səriştəsi olmalıdır;

• CV-də əlavə olaraq xaricdə təhsil təcrübəsi, ingilis dilində yazılmış dərslik və müasir təhsil metodları ilə tanışlıq, fransız dili biliyi, doktorantura dərəcəsi göstərilməlidir;

• Sənəd və sertifikatların pdf versiyaları, peşəkar layihəni təsvir edən və UFAZ- dakı vəzifəyə marağı ifadə edən motivasiya məktubu da əlavə olunmalıdır.

 

*Kimya və fizika laborantının öhdəlikləri:

 

• Laboratoriya və sinifdə əşya və avadanlıqların təmizliyi;

• Neytrallaşdırıcı məhlulların olmasına nəzarət, turşuların və əsasların saxlanılması və tullanılması;

• Məhlullar üçün qablaşdırmanın təchizi;

• Dərs planıına uyğun avadanlığın hazırlanması ;

• Materialların miqdarı və yararlığının, avadanlığın iş fəaliyyətinin, elektro vəsaitlərin yoxlanılması;

• Kimya otağı laborantı tərəfindən dərs gününün sonunda dolabların, su-boru xəttinin bağlanılmasının, elektro cihazların söndürülməsinin yoxlanılması.

 

Fransız-Azərbaycan Universiteti (UFAZ) layihəsi Fransa Respublikası və Azərbaycan Respublikası Prezidentlərinin təşəbbüsü ilə irəli sürülmüş bir layihədir. Layihəyə əsasən, 2016-2017-ci tədris ilindən etibarən Azərbaycan Dövlət Neft və Sənaye Universiteti nəzdində 4 ixtisas üzrə tədris başlanılıb. Bu ixtisaslar aşağıdakılardır:

 

• Kimya mühəndisliyi ixtisası

• Kompüter elmləri

• Geofizika mühəndisliyi

• Neft və qaz mühəndisliyi

Bəyən və paylaş

Rəylər

rəy(lər)