6 May 18:00

Freelancer kimdir?

Skrill, Design Crowd, Fever… Yəqin ki, bu sözlər Freelancer’lər üçün doğmadır.
Freelancer‘i hərfi tərcümə etsək “azad süvarilər” kimi səslənəcək.  Müstəqil çalışanlar  qlobal iş gücü içərisində ən sürətli böyüyən “service” olaraq diqqətləri çəkir.

BU TİP FƏLİYYƏTİN ARTMASINA 2 SƏBƏB VAR:

1. Texnologiyanın və xüsusilə sosial media ilə onlayn ünsiyyətin artması.
2. Bəzi sahibkarın freelancer’in və ya şirkətin standart işçidən daha faydalı olacaına inam hissi.
Artıq onların bazarının bir adı var :”gig iqtisadiyyat”
Edelman Berland’in ABŞ-da reallaşdırdığı araşdırmanın nəticələri olduqca maraqlıdır. Araşdırmaya görə 53 milyon amerikalı bir şəkildə Freelance iş ilə məşğuldur və ABŞ iqtisadiyyatında 715 milyard dollarlıq bir gəlir yaradır. Bu Amerikadakı ümumi işlək əhalinin az qala üçdə birinə bərabərdir və bu kütlənin 2020-ci ilə qədər yarıya çıxması gözlənilir. Bu rəqəmlərin yalnız digital işlər görən azad işçilər deyil, ənənəvi işləri görənləri də əhatə etdiyini dərhal bildirim.
İstifadəçi və layihə sayı ilə dünyanın ən böyük sərbəst iş bazarı olan “freelancer.com“un məlumatlarına görə yalnız bu internet saytı üzərindən təxminən 250 ölkə və bölgədə 14 milyon 129 min işəgötürən və müstəqil çalışan (freelancer) qarşılıqlı əməkdaşlıq edir. Layihələrin ümumi dəyəri də 2 milyard dollardan çoxdur.
Yenə eyni araşdırmanın nəticələrinə görə ABŞ’da işçiləri  80%’i “part time” iş görərək gəlirlərini artırmaq arzusundadır. Fərdlərin Freelance dünyasına giriş etmələrinin ardındakı səbəblər saysaq:
  • motivasiya
  • hamınızın də təxmin edəcəyi kimi azadlıq
  • “fix time” iş arzusu və əlavə gəlir gözləməsi
“Digital Nomads” olaraq bilinən bu kütlə bazarda tələb olunca hər cür ehtiyaca cavab verəcək məhsullar və xidmətləri dərhal ortaya çıxarırlar. Freelancer’lik ilə gözünüzü açıb 30 gün ərzində bir start-up’ın marketinq müdiri ola bilərsiniz.
Freelancer aləmində qrafik dizayn, internet və mobil proqramlaşdırma rəqəmsal dünyada ən çox rəğbət görən işlər olaraq qarşımıza çıxarkən, fotoqrafiya, reklam yazarlığı və marketinq istiqamətli işlər də freelancer sahədə ən çox seçilən işlər olaraq göründüyünü deyə bilərəm.
Hətta bu sahə LinkedIn’dən də gözündən qaçmadı, freelance işləri öz radarına daxil etdi. ProFinder adını verdiyi bir platforma belə yaratdı. Sadəcə LinkedIn də SEO mütəxəsislərinin bir yerə toplaşdığı qrupun 200 minə yaxın üzvü var.
Freelancer  iştirak etdikləri layihələrdə  çalışacaqları saatı təxmini olaraq təyin edib, qarşı tərəfə bir qiymət verirlər. Buna qarşılıq, sığorta və bu kimi digər parametrlər müştəriləri maraqlandırmır.
Freelancer’in qarşısını alan isə işin və ya sifarişin daimi olmaması və ya kareyarnın təhlükə altında olmasıdır.
Amma böyük bir müştəri auditoriyası ilə işləyəcəksiniz və həyat boyu arzuladığınız sərbəstlik əlinizdə olacaqdır. Digər tərəfədən vergi məsuliyyəti olmadığından işçiləri bu sektor çəkir. Hələki qanunvericlikdə onlar üçün hər hansı bir  qeyd yoxdu.
Bizdə də bu sahə artan tendensiyada davam edir. Xüsusilə böhran müstəqil şəkildə xarici bazarla əməkdaşlıq etməyə çalışan bir kütlənin doğulub formalaşmasına səbəb oldu. Burda bir freelancerin sözünü qeyd etmək yerinə düşər: “Levak müqəddəsdir. Həyat tərzidir.” ))

Tək şikayəti isə Hindisatnlı freelancer’lər barədədi. Dediyinə görə imkanı olsa hamısını DesignCrowd daxil hər yerdə blok edər.

 

Bizim bazarda da freelancer’lərə tələbat artmaqdadır. Xüsusilə spesifik sahələrdə (SEO, proqramlaşdırma..) bu daha gözə çarpır. Həmçinin əlini cibinə salib peşəkar iş almaq istəməyən şirkətlərdə əlüstü təlabatların qarşılamaq üçün bu sektora üz tuturlar. Artıq bu zamanda işin keyfiyyəti sual altında olur.

Müşfiq Şirəliyev

Bəyən və paylaş

Rəylər

rəy(lər)