Front-End Developer vakansiyası

Pickvisa.com üçün

– Yaxşı yeyib-içən,
– Counter Strike oynaya bilən,
– İçməy, çəkməydən başqa pis vərdişləri olmayan,
– Ping Pong çırpa bilən,
– Futbolda ayaqlarının arasından top buraxmayan,
– 2107-i olmayan,
– Pandemiya dövründə 4-5 kilo kökələn,
– Game of Thrones-u ən yaxşı serial sayan Front-End Developer axtarırıq.

Texniki Tələblər:

– İş təcrübəsi: 2-3 il;
– Front-end interfeyslərin HTML5, CSS3, JavaScript ES6 hazırlanması;
– JavaScript Framework-lərlə (ReactJS və ya VueJS) iş təcrübəsi (1 il);
– Rest API ilə təcrübə;
– JSON Web Token kimi müasir icazə mexanizmləri ilə işləmə bacarığı;
– Cross-browser, Responsive dizayn kodlaşdırması;
– Git ilə işləmə bacarığı;

Maaş: 1000-1500 AZN (təcrübəyə əsasən)

Maraqlı olanlar CV-lərini [email protected] emailinə “Front End Counter Striker” başlığı ilə göndərə bilərlər.

Bir cavab yazın

Back to top button