#
9 Oktyabr 18:28

Front-End Nədir ?

Front-End Nədir ?

Front-End anlayış

Bu anlayışı daha yaxşı başa düşmək üçün, tanımağa  keçmədən əvvəl bir veb saytın hazırlanma müddəti necə və hansı mərhələlərdən keçərək hazırlanır, qısaca izah edərsək daha yaxşı olar.

  1. Əvvəlcə müştəri ilə keçirilən görüşlərdən sonra tələb edilən veb saytının necə olması analiz edilir. Bu məlumlatlarla sayt xəritəsi hazırlanır.
  2. Bu mərhələdən sonr veb dizayner tələb edilən istəklərlə istifadəliliyi və tətbiqi mümkün olan bir dizayn hazırlayıb, müştəriyə təqdim edir.
  3. Böyük ehtimal bir neçə görüş və yenidən hazırlanmadan sonra, razılaşdıqları dizayn Front End Devoloper-ə çox zaman psd (Fotoşop fayl formatı) və ya başqa oxşa formatlarda verilir.
  4. Front-End Developer bu dizaynı müxtəlif proqramların, dillərin ( Html, Css ve Javascript ) köməyi ilə yenidən kodlaşdırır. Bu işlər zamanı çox vaxt Javascript kitabxanaları (Jquery, Angular, React, Ember vs.) istifadə edildiyini unutmamaq lazımdır.

5.Bu formada saytı ələ alan Back-End Developer da dinamik bir sayta çevirir. Məlumat bazası ilə bağlı bütün işləri, veb sayta admin panelinin proqramlaşdırılması, məhsulun daxil edilməsi və çıxarılması kimi bir sistemin proqramlaşdırılması və s. Kimi işləri Back-End Developer görür.

  1. Bu mərhələdən sonra test mərhələsi başlayar və layihəyə görə dəyişən bir müddətdən sonra veb sayt aktiv olaraq işləməyə başlayar.

Hesab edirəm ki, təxmini hamımızda veb saytın hazırlanması ilə bağlı təsəvvür yarandı. İndi əsas mövzumuz olan Front-End Developer-a qayıda bilərik.

Gördüyünüz kimi Front-End Developer olmaq istər istəməz bir az dizayn, bir az da kodlaşdırmaya bələd olmağı tələb edir. Bu sahədə verəcəyiniz qərarların sonrasında nə kimi nəticələri ola biləcəyini təxmin etməklə bərabər, əvvəlində nələrin dəyişməsinin daha istifadəçi yönümlü bir interfeys dizayn etmənizə faydası olacağını bilərsiniz.

Front-End Developer işin görünən tərəfini hazırlayır. ‘Client side’ (Müştəri tərəfi) dediyimiz bu hissə istifadə etdiyimiz cihazların ‘Web browser’  vasitəsi ilə serverə çataraq əslində məlumat tələb etməsi olaraq dəyərləndirilə bilər. Məlumat qarşı tərəfə yəni Server Side ‘-a çatdıqda isə nə tələb ediriksə, onu bizə verir.

Yəqin ki, bu mərhələdə əslində Front-End Developer hissəsinin nə qədər vacib bir rola sahib olduğunu başa düşmüşsünüzdür. Çünkü, bir məlumatı tələb edərkən düzgün bir dizayn ilə istəklərimizə daha asan və sürətli çata bilərik, günümüzdəki məlumat axışının sürətini düşünürsək, yəqin ki, mənə haqq verəcəksiniz.

Bir Front-End Developer –in əlindəki proqramlar ən əsası; Html, Css ve Javascript deyə bilərik. Əsasda javascript kitabxanaları əlimizin altında ən çox istifadə edəcəyimiz proqramlar olacaq.

Hazırlayacağımız dizaynları əlbəttə ki, Uİ/UX  əsasında hazırlamağımız lazımdır. UI ( User Interface —  İstifadəçi İnterfeysi ) istifadəçilərin saytda rahatlıqla gəzmələri və hətta qalmalarını təmin etmək üçün sadə və istifadə edilə bilir bir interfeys dizayn etmək başa düşə bilərsiniz. Təsdiq edərsiniz ki, sürət hal-hazırda hər şeydir və istifadəçilər bir saytda qalıb-qalmayacaqlarını bir neçə saniyə içində qərar verməkdədirlər.  UX ( User Experience — İstifadəçi Təcrübəsi ) isə əməliyyatı sizə sadəc, xətasız və asan bir formada hazırlatmaq, yəni yaxşı bir təcrübə yaşatmaqdadır.

Bu nöqtədə artıq Front-End Developerin nə iş gördüyünü öyrəndiyimizə görə, sonda nə kimi xüsusiyyətləri olmasına da toxunarsaq kifayyət olacaqdır deyə düşünürəm.

– Əslində hardasa bütün tərəflərin ortasında yer alır; müştəri, təqdimatçı, dizayner, proqramşçı və s. Buna görə də əlaqənin güclü olması işini asanlaşdıra bilir.

– Bir çox fərqli browser və platformalarda veb saytının işləməsinə baxmalıdır ki, saytının hər platformada düzgün bir formada göründüyündən və funksiyalarının işləməsindən əmin olmalıdır.

– SEO dostu veb saytlar ortaya çıxarmalıdır.

– Dizayn və kod trendlərini hər zaman təqib etməlidir.

Alt ünvanları;

CSS/HTML Developer

Front-End Web Developer

Front-End JavaScript Developer

Front-End Software Developer

Front-End JavaScript Application Developer

Web/Front-End User Interface Developer

Mobile/Tablet Front-End Developer

Front-End SEO Expert

Front-End Accessibility Expert

Front-End Dev. Opts

Front-End Testing/QA

“Front-end” kursu yeni başlayan proqramçılar üçün olduğu kimi, öz həyatını veb proqramlaşdırmayla bağlamaq istəyənlər üçün də münasibdir.

“Front-end” – hal-hazırda öz sevdiyin işi görərək uğurlu olmanın ən məşhur metodlarından biridir. Yaxşı front-end developer-lərə hər zaman bazarda ehityac duyulur.

STEP IT Academy -də professional müəllimlərin ciddi rəhbərliyi altında front-end kursunu keçərkən HTML, CSS, Java Script dillərinin müstəqil öyrənilməsi zamanı sizi gözləyən ümumi səhvlərdən qaçmaq mümkündür. Bundan başqa bizim Front-end kursumuz elə şəkildə qurulub ki, siz lazımsız məlumatlardan yayınaraq ən vacib informasiyaya diqqətinizi yönləndirəcəksiniz. Ətraflı itstep.az veb saytından tanış ola bilərsiniz.

Bəyən və paylaş

Rəylər

rəy(lər)