Front-end üzrə proqramçı vakansiyası

ABB Rəqəmsal İnnovasiyaların tətbiqi departamentinə Front-end üzrə proqramçı vakansiyası elan edir. Özünə və peşəkar qabiliyyətlərinə güvənən, davamlı fərdi inkişafa və bərabər imkanlar mühitində karyera irəliləyişlərinə can atan, ən əsası isə Azərbaycan Beynəlxalq Bankı komandasının fəal üzvü kimi Bankın yeni uğur hekayəsinin bir hissəsinə çevrilmək istəyən hər bir uyğun namizəd bu imkanı dəyərləndirə bilər. Azərbaycan Beynəlxalq Bankının komandasına qoşulun və bu üstünlüklərdən Siz də faydalanın:
  • Cənubi Qafqazın ən böyük bankında işləmək imkanı;
  • Beynəlxalq standartları yerli bazara gətirən qurumda potensialı reallaşdırmaq şansı;
  • Rəqəmsal həllərin, innovasiyaların tətbiqi sahəsində bazar liderinin əməkdaşı olmaq fürsəti;
  • Gənc və peşəkar kollektivdə çalışmaq imkanı
  • Yüksək komanda ruhunda əməkdaşlıq;
  • Karyera irəliləyişlərində hamıya yaradılan bərabər imkanlar;
  • Bankda həyata keçirilən transformasiya prosesində zəngin təcrübənin qazanılması;
  • Əməkdaşların yeni trendlərə uyğun təşkil olunan daxili və xarici təlimlərdə iştirak;
  • Əməkdaşların beynəlxalq sertifikatlar əldə etməsi üçün həvəsləndirmə proqramı;
  • Bankdaxili aktiv sosial həyat.
  Görəcəyiniz işlər:
  • Müasir texnologiyalar və ən yaxşı təcrübəyə əsaslanaraq funksional veb tətbiqlərin hazırlanması
  • Tətbiqlərin vizual və funksional tələblərini kod səviyyəsində UI/UX dizaynının texniki əsaslandırılmasını tətbiq edərək icra edilməsi;
  • Risklərin və səmərəsiz fikirlərin həll yollarını aradan qaldırrmaq üçün idea və fikirləri təhlil etmək;
  • Back-end proqramçı ilə sıx əməkdaşlıq etmək və APİ – lərdən istifadə etmək
  • Veb tətbiqlərin geniş miqyasda istifadəsi və daha surətli işləməsi üçün kodun optimallaşdırılması.
Bizim üçün uyğun namizəd:
  • Ali təhsilli;
  • Minimum bir il iş təcrübəsinə;
  • Git, Githab, Gitlab üzrə iş təcrübəsinə;
  • JavaScript/HTML/CSS , SASS/LESS təcrübəsinə;
  • Minimum 2 illik React.js/Next.js təcrübəsinə;
  • Webpack,Rollup modul paketlləri ilə bağlı təcrbüəyə (üstünlükdür);
  • Typescript təcrübəsinə (üstünlükdür);
  • Dizayn proqramları (Figma, Sketch) üzrə iş təcrübəsinə;
  • Müasir veb proqramlaşdırma arxitekturası və “design pattern” üzrə dərin biliklərə;
  • Obyektyönümlü proqramlaşdırma üzrə dərin biliklərə;
  • Agile Scrum Metodologiyası ilə bağlı dərin biliklərə sahibdir.
      Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini[email protected]elektron ünvanına göndərə bilərlər. Məktubun mövzu hissəsində müraciət edilən vəzifə adının Front-end üzrə proqramçı göstərilməsi xahiş edilir. Əks təqdirdə, müraciətiniz nəzərdən qaça bilər. İşə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.   Əlavə məlumat üçün: [email protected]

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:

FACEBOOK: Edumap.az

Gənclərin Xəritəsi

TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.

İNSTAGRAM:@edumap.az

Tik-tok:edumap.az