27 Oktyabr 12:04

“Fusion Doll” III Bakı Beynəlxalq Kukla Biennalesi

2015-ci il noyabr ayının 5-dən 10-dək Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi tərəfindən Muzey Mərkəzinin Sərgi Qalereyasında “Fusion Doll” III Bakı Beynəlxalq Kukla Biennalesi təşkil olunacaqdır. Biennalenin rəsmi açılış mərasimini 05 noyabr tarixində saat 18:30-da keçiriləcək. Tədbirə giriş yalnız dəvətnamə ilə, qalan günlərdə isə sərbəst olacaqdır.
“Fusion doll” III Bakı Beynəlxalq Kukla Biennalesinin əsas məqsədi – dünyanın müvafiq sahə üzrə nüfuzlu qalereya, muzey və təşkilatlarını etnoqrafik və folklor kukla sənəti sahəsində böyük uğurlara və ənənələrə malik ölkəmizlə uzunmüddətli əməkdaşlığa cəlb etmək, müəllif kuklaları sənətinin inkişafına dəstək vermək, gənc kukla ustaları üçün stimul yaratmaqdan ibarətdir.
Biennaledə 7 ölkənin – Azərbaycan, Rusiya, Ukrayna, Gürcüstan, Belarus, Estoniya və Yaponiyadan olan kukla ustaları iştirak edəcək.

pict_14458547190

 

Bəyən və paylaş

Rəylər

rəy(lər)