11 Dekabr 15:15

Future Shorts / Payız mövsümü 2017

Böyük məmnuniyyətlə Sizi ən iri tədbirlərdən olan “Future Shorts” qisametrajlı film festivalına dəvət edirik! Yeni Payız mövsümü toplusunun nümayişi yaradıcı qruplar və fərdlər üçün meydan olan YARAT FreeStyle proqramı çərçivəsində keçiriləcək.

Hal-hazırda festival 40 ölkə, 100 şəhər, 6 qitəni əhatə edərək 1 il ərzində bütün dünya üzrə 1,400 baxış təklif edir.

Mövcud olduğu 12 il ərzində festival Yaponiyadan tutmuş Braziliyaya qədər böyük ərazidə kino pərəstişkarlarının rəğbətini qazanmışdır. Festival bütün dünya boyu peşəkarlar və debütantlara beynəlxalq kinematoqrafiya birliyinin bir hissəsinə çevrilməyə şərait yaradır.

“Future Shorts” festivalının Payız mövsümü toplusu özündə 5 filmi birləşdirir.

Filmlərin nümayiş dili: orijinal (rus dili alt yazıları ilə)
Yaş məhdudiyyəti: 15+

16 dekabr, saat 19:00
YARAT Müasir İncəsənət Mərkəzi,
(Bayıl qəsəbəsi, Dövlət Bayrağı Meydanı yaxınlığında)

GIRIŞ: ÖNCƏDƏN QEYDIYYATLA (012) 5051414 və yaxud 0502469292

Bəyən və paylaş

Rəylər

rəy(lər)