Future Shorts: Yay mövsümü 2018

Böyük məmnuniyyətlə Sizi ən iri tədbirlərdən olan Future Shorts qisametrajlı film festivalına dəvət edirik! Yay mövsümünün nümayişi YARAT Film Klub çərçivəsində keçiriləcək.

Hal-hazırda festival 40 ölkə, 100 şəhər, 6 qitəni əhatə edərək 1 il ərzində bütün dünya üzrə 1,400 baxış təklif edir.

Mövcud olduğu 12 il ərzində festival Yaponiyadan tutmuş Braziliyaya qədər böyük ərazidə kino pərəstişkarlarının rəğbətini qazanmışdır. Festival bütün dünya boyu peşəkarlar və debütantlara beynəlxalq kinematoqrafiya birliyinin bir hissəsinə çevrilməyə şərait yaradır.

Future Shorts festivalının YAY mövsümü toplusu özündə 6 filmi birləşdirir

Filmlərin nümayiş dili: orijinal (rus dili alt yazıları ilə)
Yaş məhduddiyəti: +16

Ünvan: YAY Qalereyası, İçəri Şəhər, Kiçik Qala küç., 5
(İtaliya səfirliyinə yaxın)
21 avqust, saat 20:00

GİRİŞ: Yerlərin sayı məhdud olduğundan öncədən qeydiyyatdan keçmək zəruridir.
Qeydiyyat üçün: 012 505 1414

Görüşərik!

Bir cavab yazın

Back to top button
Close