12 Sentyabr 22:20

Future Shorts / Yay mövsümü 2017

Böyük məmnuniyyətlə Sizi ən iri tədbirlərdən olan “Future Shorts” qisametrajlı film festivalına dəvət edirik!

Yeni yay mövsümü toplusunun nümayişi açıq səma altında keçiriləcək.

Hal-hazırda festival 40 ölkə, 100 şəhər, 6 qitəni əhatə edərək 1 il ərzində bütün dünya üzrə 1,400 baxış təklif edir.

Mövcud olduğu 12 il ərzində festival Yaponiyadan tutmuş Braziliyaya qədər böyük ərazidə kino pərəstişkarlarının rəğbətini qazanmışdır. Festival bütün dünya boyu peşəkarlar və debütantlara beynəlxalq kinematoqrafiya birliyinin bir hissəsinə çevrilməyə şərait yaradır.

Future Shorts festivalının Yay mövsümü toplusu özündə 8 filmi birləşdirir.

Filmlərin nümayiş dili: orijinal (rus dili alt yazıları ilə)

Nümayiş YAY qalereyasında baş tutacaq
Ünvan: İçəri Şəhər, Kiçik Qala küç., 5
20-21 sentyabr, saat 19:30

Yaş məhduddiyəti: +16
*Giriş dəvətnamə ilədir
Dəvətnamələri öncədən YAY qalereyasından və yahud YARAT Müasir İncəsənət Mərkəzindən PULSUZ götürə bilərsiniz
Tel: (012) 505 23 23, (012) 505 14 14

Bəyən və paylaş