10 May 22:04

“Future Shorts” 2017 / Yaz mövsümü

FUTURE SHORTS
Yaz mövsümü

Böyük məmnuniyyətlə Sizi ən iri tədbirlərdən olan “Future Shorts” qisametrajlı film festivalına dəvət edirik! Yeni yaz mövsümü toplusunun nümayişi yaradıcı qruplar və fərdlər üçün meydan olan YARAT FreeStyle proqramı çərçivəsində açıq səma altında keçiriləcək.

Hal-hazırda festival 40 ölkə, 100 şəhər, 6 qitəni əhatə edərək 1 il ərzində bütün dünya üzrə 1,400 baxış təklif edir.

Mövcud olduğu 12 il ərzində festival Yaponiyadan tutmuş Braziliyaya qədər böyük ərazidə kino pərəstişkarlarının rəğbətini qazanmışdır. Festival bütün dünya boyu peşəkarlar və debütantlara beynəlxalq kinematoqrafiya birliyinin bir hissəsinə çevrilməyə şərait yaradır.

“Future Shorts” festivalının yaz mövsümü toplusu özündə 7 filmi birləşdirir
Filmlərin nümayiş dili: orijinal (rus dili alt yazıları ilə)

Nümayiş YAY qalereyasında baş tutacaq
23-24 may | saat 20:30

Yaş məhduddiyəti: +16
Giriş dəvətnamə ilədir
Dəvətnamələri öncədən YAY qalereyasından pulsuz götürə bilərsiniz
Tel. (+99412) 505 23 23

Bəyən və paylaş

Rəylər

rəy(lər)