“Gələcəyimizə sahib çıxaq” devizi altında xeyriyyə tədbiri keçirilib

“Gənclərin Töhfəsi” İctimai Birliyi və Azərtar Prodakşn-nin birgə təşkilatçılığı ilə 20 dekabr 2015-ci il tarixdə Azərbaycan Uşaqlar Evində 31 dekabr “Həmrəylik günü” münasibətilə “Gələcəyimizə sahib çıxaq” devizi altında xeyriyyə tədbiri həyata keçirdi. Tədbirdə birliyin Mübariz Vətənpərvərlər Klubunun sədri Aytən Süleymanova Eldar Qızı, Mədəni-kütləvi tədbirlər Departamentinin direktoru Rashid Pashali, Layihə və Proqramlaşdırma Departamentinin direktoru Sahil Nasir, birliyin idarə heyətinin üzvü və AzərTar Prodakşn rəhbəri Cavanshir Hesenov, birliyin NTK üzvü Rüstəm Abbasov, Art qrupu, Gilavar qrupu, İnci qrupu, M-life qrupu, Xan rəqs qrupu, Odlar yurdu rəqs qrupu, gənc müğənni Günay Bəylərqızı, Leyla Babayeva, Aynur Əliyeva şairə Ülviyyə Həsənqızı, Fidan Qİyasbəyova iştirak etdilər. Tədbiri giriş sözü ilə açan birliyin sədri Asim Vəliyev uşaqların qarşıdan gələn 31 dekabr Həmrəylik gününü təbrik edərək, onlara gələcək həyatlarında uğurlar arzu etdi. Eyni zamanda qeyd etdi ki, bu azyaşlı balalar bizim gələcəyimizdir. Onlara nə qədər sahib çıxsaq, yanlarında olsaq, gələcəyimiz də bir o qədər parlaq olar. Daha sonra uşaqlar üçün təşkil edilmiş şənlik davam etdi. Sonda uşaqlara bayram hədiyyələri təqdim edildi və tədbirin keçirilməsində əməyi küçən hər kəs təşəkkürnamə ilə təltif edildi.

1928814_1177225592307474_6326528091457421141_n 10565108_1177225355640831_477098632194429107_n 12376039_1177225532307480_2355828649753915079_n 12376441_1177225268974173_539727460748882770_n

Bir cavab yazın

Back to top button