“Gələcəyimiz üçün ətraf mühiti qoruyaq!” layihəsinin icrasına start verilir

“Karvan” Gənclərin İnkişafına Dəstək İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “Gələcəyimiz üçün ətraf mühiti qoruyaq!” adlı layihənin icrasına start verir.
Layihənin məqsədi yeniyetmə və gənclərə təbiətə, ətraf mühitə qarşı diqqət və qayğı ilə yanaşma hisslərini aşılamaq və onlara gələcəyimiz üçün ətraf mühitin qorunmasının vacibliyini izah etməkdir.
Layihə 3 ay müddətinə Gəncə şəhərində icra olunacaq.
Layihəyə Gəncə şəhərində kənd ərazilərində yaşayan 15-20 yaşlı gənclər cəlb olunacaq. Gənclərin iştirakı ilə ağacəkmə aksiyaları təşkil olunacaq və ətraf mühit tullantılardan təmizlənəcək.

Bir cavab yazın

Back to top button