“Gələcəyinə biganə qalma” layihəsinin II seminarı keçirildi

11 yanvar 2016-cı il tarixində “Gələcəyinə biganə qalma” layihəsi çərçivəsində II seminar keçirilmişdir.

Layihə Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə, şəhər Gənclər və İdman Baş İdarəsinin, “Gənclər Evi”nin və Sumqayıt Gənclərinin Sağlam Gələcəyi təşəbbüs qrupunun birgə təşkilatçılığı ilə reallaşdırılıb.

Tədbirdə çıxış edən layihə rəhbəri Səxavət Eminov ölkədə aparılan uğurlu dövlət siyasətinin nəticəsi olaraq gənclərin həytımızın bütün sferalarında uğurla təmsil olunmasını, qərar alma proseslərində gənclərin etibarlı tərəf kimi tanınmalarını xüsusilə qeyd etmişdir.

Daha sonra seminar Pəri Vəliyevanın idarəçiliyilə gənclərin ictimai təşəbbüskarlığının üzə çıxarılması, müxtəlif ictimai-sosial layihələrdə dinamizminin artırılması, gənclərin mədəni həyatda iştirak seqmentinin gücləndirməsi və bu sahəyə motivasiya istiqamətlərində fikir mübadiləsi aparılmış, qrup çalışmaları təşkil olunmuşdur.

Bir cavab yazın

Back to top button