Gələcəyin Qurucuları – ADPU Yay Liderlik Məktəbi
Azərbaycan Dövlət Pedaqoji Universiteti Tələbə Gənclər Təşkilatı və Azərbaycan Dövlət Pedaqoji Universiteti Həmkarlar İttifaqı Komitəsinin birgə təşkilatçılığı, Magistatura.az təhsil mərkəzinin təşkilati dəstəyi ilə Azərbaycan Universitetləri tarixində bir İLK olaraq “Gələcəyin Qurucuları” adlı Yay Liderlik Məktəbinə start verilir. Layihə 4 gün olmaqla düşərgə formatında keçiriləcək.
Layihənin məqsədi
• Universitetimiz, onun tarixi və fəaliyyəti haqda tələbələrə-xüsusi ilə də region filiallarımızda təhsil alan tələbələrə ətraflı məlumatların vermək
• Gənclərin yay istirahətinin səmərəli keçirilməsinin təmin etmək
• Tələbələrin sosial-ictimai aktivliklərinin artırılması
• Gənclərdə liderlik,komanda ilə iş və başqa keyfiyyətlərin yaradılması
• TGT və onun suturukturu haqda maarifləndirilmə işlərinin aparılması
• Fəal və xüsusi istedadlı gəncləri seçilərək aşkara çıxarılması və gələcək fəaliyyətlərə cəlb edilməsi
• ADPU tələbələri arasında səmimi dostluq əlaqələrinin yaradılması
Kimlər iştirak edə bilər?
ADPU və ADPU-nun region filiallarının tələbələri
Azərbaycan Dövlət Pedqoji Kollecinin tələbələri
Laihədə yalnız 1 və 2-ci kurs tələbələri, eləcə də yeni qəbul olmuş tələbələrin iştirakı mümkündür.
İştirak etmək istəyənlər qeydiyyat forumunu doldurduqdan sonra müsahibə mərhələsinə dəvət olunacaqlar, yalnız müsahibə mərhələsini uğurla başa vuran şəxslər layihədə iştirak hüququ qazanacaq.
Son müraciət tarixi: 15.08.2016
Düşərgənin keçirilmə tarixi: 23.08.2016 – 27.08.2016
Məkan: Şəmkir, Çənlibel
Ərizə forması: https://goo.gl/rrontt
Qeyd: Layihə çərçivəsində bütün xərclər təşkilatçılar tərəfindən qarşılanacaq
Əlavə məlumat üçün
Bakı şəhəri, Üzeyir Hacıbəyli 68, AZ1000
Telefon: (012) 493 58 45
E-mail: [email protected]